Deputat Mədət Quliyevə xəbərdarlıq etdi

img

13-02-2015 [12:56]


Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə Milli Məclisin plenar iclasında ölkədəki insan hüquqları məsələsindən danışıb.

"Qafqazinfo” xəbər verir ki, o bildirib ki, hüquq müdafiəçisi İntiqam Əliyev haqqında məhkəmənin seçdiyi həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilməlidir. "Cənab sədr, sizdən də xahişim budur ki, parlament səviyyəsində bu məsələni qaldırasınız”.

İqbal Ağazadə Mili Məclisin bundan əvvəlki plenar iclasında Penitensiar Xidmət haqqında tənqidi fikirlər söyləməsinə də bir daha diqqət çəkib. Partiya sədri deyib ki, bu çıxışından sonra bəzi millət vəkilləri və Penitensiar Xidmət səviyyəsində onun mövqeyinə aşağılayıcı şəkildə yanaşılıb.

"Penitensiar Xidmətin rəisi Mədət Quliyev mənim mövqeyimi aşağılayan açıqlama verdi. Buradan xəbərdarlıq edirəm ki, aşağılayıcı fikirlərə son qoyulsun. Əks halda, mən bu barədə ikinci dəfə çıxış etməli olacağam”,-deyə İqbal Ağazadə vurğulayıb


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA