"ABŞ-la münasibətləri kəskinləşdirməyə çalışanlar var” - Əli Həsənov

img

12-02-2015 [17:44]


"Azərbaycanla ABŞ arasında iqtisadi, siyasi, sosial və digər sahələrdə də əlaqələr davam edir. Bəzi dairələr var ki, bu münasibətləri kəskinləşdirməyə çalışır”.

Bunu Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. 

PA rəsmisi qeyd edib ki, ABŞ mətbuatında ara-sıra neqativ yazılar dərc etdirilir: "Həmin yazılar bir qayda olaraq real gerçəklikləri əks etdirmir, münasibətləri korlamaq istəyən ayrı-ayrı mərkəzlərin sifarişləri əsasında hazırlanır. Biz bunların qarşısını almağa çalışırıq və düşünürük ki, ABŞ hökuməti də buna çalışır".

Əli Həsənov bildirib ki, Azərbaycanla ABŞ arasında beynəlxalq sülhyaratma proseslərində, beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində, beynəlxalq enerji təhlükəsizliyi, Xəzər dənizi və Cənubi Qafqazın transmilli nəqliyyat kommunikasiya xətlərinin birgə formalaşması, texniki istismarında və digər məsələlərlə bağlı əməkdaşlıq davam edir. 

PA rəsmisi ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa, Asiya və artmaqda olan təhdidlər üzrə alt komitəsində Azərbaycanla bağlı dinləmələri normal qarşıladığını söyləyib: 

"Azərbaycan parlamenti, QHT-ləri də ümumi şəkildə və ya ayrı-ayrı ölkələrdəki proseslərlə bağlı müzakirələr, dinləmələr keçirirlər. Lazım olarsa, biz də hökumət olaraq belə dinləmələr keçirə bilərik. Demokratik, siyasi-plüralistik normaların hökm sürdüyü müasir dünyada belə şeylərə görə kimisə günahlandırmaq olmaz. Qoy ABŞ-da da Azərbaycanın həyatını olduğu kimi təhlil etsinlər, münasibət bildirsinlər. Biz də olduğu kimi ABŞ-da baş verən prosesləri təhlil edib münasibət bildiririk".

Anspress.com

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA