12-02-2015 [11:22]
"Səhiyyə Nazirliyi tam gücü ilə Azərbaycanda keçiriləcək İlk Avropa Oyunlarına hazırlaşır".
Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, bütün sahələrdə olduğu kimi səhiyyə sistemində də İlk Avropa Oyunlarına mühüm geniş miqyaslı hazırlıq işləri həyata keçirilir: "İlk Avropa oyunlarının miqyasını, gözlənilən qonaqların sayını nəzərə alaraq bu tədbir zamanı qonaqların və yerli əhalinin sağlamlığının qorunmasının yüksək səviyyədə təmin edilməsi üçün respublikanın səhiyyə sisteminin üzərinə böyük məsuliyyət düşür. Səhiyyə Nazirliyinin sərəncamı əsasında Avropa Oyunlarının keçirilməsi ilə bağlı xüsusi komitə yaradılıb və qurum Avropa Oyunları Təşkilat Komitəsi ilə sıx əlaqədə fəaliyyət göstərir".
Qeyd olunub ki, səhiyyə sahəsində hazırlıq demək olar ki, səhiyyənin bütün sahələrini, o cümlədən ümumi sanitar-gigiyenik durum, tibb ocaqları, tibbi kadrlar, tibbi avadanlıq və ləvazimat və s.-ni əhatə edir və əsasən 2 istiqamətdə cəmləşib - tibbi yardımın təşkili və sanitar-epidemik əmin-amanlığın təminatı: "Tibbi yardımın təşkili dedikdə, burada xüsusiləşdirilmiş tibb müəssisələrinin yaradılması (olimpiya kəndində xüsusiləşdirilmiş poliklinik xidmətlərin təşkil edilməsi), yeni yaradılmış və mövcud tibb müəssisələrinin beynəlxalq standartlara uyğun avadanlıqla təchiz edilməsi, tibbi kadrların hərtərəfli hazırlanması və nəhayət təcili tibbi yardımın yüksək səviyyədə təşkili nəzərdə tutulur. Avropa Oyunları zamanı yarışlar keçirildiyi bütün məkanlarda - qonaqların qaldığı otellərdə, olimpiya şəhərciyində və kütləvi tədbirlər keçirildiyi yerlərdə təcili yardım briqadalarının növbətçilik çəkməsi nəzərdə tutulub".
Qeyd olunub ki, qonaqlara və Azərbaycan vətəndaşlarına yüksək səviyyəli təcili yardım xidmətlərinin təmin edilməsi məqsədilə bu yaxınlarda müasir, beynəlxalq standartlara uyğun avadanlıq və ləvazimatla təchiz olunmuş yeni "Mersedes" markalı TTY avtomobillərinin istismara verilməsi nəzərdə tutulub.
Avropa Oyunlarının Təşkilat Komitəsinin tələblərinə əsasən Səhiyyə Nazirliyinin köməkliyi ilə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının təlim mərkəzinin nəzdində dünyada təcili tibbi yardım standartları üzrə təlimlərin təşkili və protokolların hazırlanması ilə tanınan Amerika Ürək Assosiasiyasının (American Heart Assosiation - AHA) nümayəndəliyi vasitəsilə xüsusi təlimçilər hazırlanıb və təlim kursu yaradılıb. Təşkil olunmuş təlim və məşqlərə 400-ə yaxın təcili yardım işçilərinin cəlb olunması və onların AHA beynəlxalq sertifikata malik olması nəzərdə tutulub: "Avropa oyunları zamanı on mindən çox xarici qonağın gəlməsi gözlənilir. Buna görə də tibbi biliklərin təkmilləşdirilməsi ilə yanaşı təcili tibbi yardım xidmətlərinə cəlb olunmuş həkimlər üçün ingilis dili kursları da təşkil edilib. Görülən bütün bu tədbirlər oyunlarının müvəffəqiyyətlə keçirilməsinə böyük zəmin yaradacaq".
apa
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək
Müğənni: "Bu da alınan şey deyil axı"
Cavanşir Qurbanovun yerinə təyinat olub
Uşaqların sosial şəbəkə girişinə qadağa qoyulması məsələsi parlamentdə müzakirə olunub
Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır
YAP-ın rayon təşkilatının keçmiş sədri hakim qarşısında - Şahidlər ifadə verdi, vəsatət rədd edildi
“Arash Estetik” klinikası cərmələndi - Səbəb
Sabah yağış yağacaq
Rəsul Çunayev vəzifəyə təyin olunub
Türkiyədə pişiyi öldürən sürücüyə maraqlı cəza verildi - Bir ay...
Prokurorluğa yeni səlahiyyəti verilir
Uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişir
MƏNBƏNİN AÇIQLANMASI - "Media haqqında" qanuna dəyişiklik olacaq
İordan çayının Qərb Sahilində gərginlik yaranıb
Kəndlər niyə boşalır? - SÜJET
Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb
FHN-də daha bir təyinat olub
AHİK-də daha bir maraqlı dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi
Mehdiabaddan "28 May"a tramvay açılır
Xırdalanda tıxac.. - Yeni yeraltı tunel açılacaq
ALİ MƏHKƏMƏ DAHA BİR İŞ ÜZRƏ VAHİD QƏRAR QƏBUL ETDİ
"Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir - VİDEO
Ukrayna Rusiyanın daha bir neft bazasını vurub
Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç olub
43 yaşlı Samiq Abuşov 20 kq narkotiklə saxlanılıb
Azərbaycan neftinin qiyməti 70 dollara çatır
Daha bir nəfər dəm qazından ölüb
“Qarabağ” Liperpula kimə hədiyyə aparıb? - Klub üzvləri “Duty Free”dən bol bazarlıq etdi (VİDEO)
TRAMP İRAQI HƏDƏLƏDİ: "Əgər onu Baş nazir seçsəniz..."
Ərdoğanla Tramp telefonda danışdı - Nələr müzakirə olunub?
BMT-dən Fars körfəzindəki gərginliyə reaksiya: "Çox narahatıq"
"AVROPA OYANDI" - Almaniya kansleri ABŞ-a belə mesaj verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Özümüzü "Liverpul"la oyuna kökləməliyik" - Qurban Qurbanov