Saatlıda Dövlət Proqramı ilə bağlı regional müşavirə: nələr müzakirə olunub? - FOTOLAR
GÜNDƏM
23.06.2026, 13:43
Bu gün Saatlı rayonunda Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emal sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın icrasının təmin edilməsi məqsədilə Mil-Muğan iqtisadi rayonu üzrə növbəti regional müşavirə keçirilib.
Mia.az xəbər verir ki, tədbir mayın 25-də dövlət başçısının sədrliyi ilə keçirilmiş kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası və Dövlət Proqramında müəyyən edilmiş hədəflərin regionlar üzrə əlaqələndirilmiş şəkildə həyata keçirilməsinin təmin olunması məqsədilə təşkil edilib.
Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov yeni Dövlət Proqramının əsas məqsəd və hədəfləri haqqında iştirakçıları məlumatlandırıb. O, qeyd edib ki, son illər həyata keçirilən islahatlar nəticəsində kənd təsərrüfatında ənənəvi sahələrin istehsal və ixrac potensialı artıb, bir sıra məhsullar üzrə özünütəminetmə səviyyəsi yüksəlib, meyvə-tərəvəz və yumurta üzrə isə tam özünütəminetmə səviyyəsinə nail olunub. N.Əmirov əlavə edib ki, Dövlət Proqramı qarşıdakı dövr üçün kənd təsərrüfatının yeni inkişaf modelini müəyyən edən strateji sənəddir və məhsul istehsalının artırılması, emal və ixrac imkanlarının genişləndirilməsi baxımından mühüm yol xəritəsi kimi çıxış edir.
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova təqdimatında bildirib ki, Dövlət Proqramı regionlarda istehsal infrastrukturunun gücləndirilməsi, müasir texnologiyaların tətbiqi və fermerlərin bazarlara çıxış imkanlarının genişləndirilməsini nəzərdə tutur. O qeyd edib ki, aqrar sahədə süni intellekt həllərinin və Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) məlumatyönümlü alt sistemlərinin inkişafı sahənin daha çevik və səmərəli idarə olunmasına imkan verəcək. Nazir müavini vurğulayıb ki, qərarların qəbulunda məlumat bazaları, elektron sistemlər, peyk müşahidələri, torpaq və su ehtiyatları üzrə göstəricilər, eləcə də real məhsuldarlıq məlumatları mühüm rol oynayır.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Regional Su Meliorasiya Xidmətinin sədri Zakir Quliyev bildirib ki, Dövlət Proqramı çərçivəsində qarşıya qoyulmuş hədəflər üzrə aqrar sektorun dayanıqlı inkişafının dəstəklənməsi və su təminatının etibarlılığının artırılması istiqamətində sistemli tədbirlər nəzərdə tutulub. 2026-2030-cu illər üzrə qəbul edilmiş bu Dövlət Proqramının ana xəttini yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılığa keçid təşkil edir. Bu baxımdan, Dövlət Proqramı çərçivəsində müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, su itkilərinin azaldılması və su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi əsas prioritetlərdəndir.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxışında rayonun aqrar sahədə əldə etdiyi uğurlardan və qarşıda duran vəzifələrdən danışıb. Bildirilib ki, Beyləqan ölkənin aparıcı kənd təsərrüfatı rayonlarından biri kimi taxılçılıq, pambıqçılıq, heyvandarlıq və quşçuluq sahələrində mühüm nəticələr əldə edir. Əziz Əzizov su təminatının yaxşılaşdırılması, meliorasiya infrastrukturunun inkişafı və kənd təsərrüfatında dayanıqlı inkişafın təmin olunmasının prioritet istiqamətlərdən olduğunu vurğulayıb.
Müşavirədə Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarından olan fermer və sahibkarlar rəhbərlik etdikləri təsərrüfatların fəaliyyəti, istehsal imkanları və inkişaf perspektivləri barədə məlumat veriblər. Çıxışlarda kənd təsərrüfatına göstərilən diqqət və dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür ifadə olunaraq, Dövlət Proqramında nəzərdə tutulan yeni dəstək mexanizmlərinin istehsalın artırılmasına, təsərrüfatların genişləndirilməsinə və məhsuldarlığın yüksəldilməsinə mühüm töhfə verəcəyi bildirilib.
Müşavirənin yekununda N.Əmirov aqrar sahədə qarşıya qoyulan hədəflərə nail olunması üçün dövlət qurumları, fermerlər və sahibkarlar arasında koordinasiyalı əməkdaşlığın vacibliyini vurğulayıb. O, qeyd edib ki, kənd təsərrüfatında rəqabətqabiliyyətli və dayanıqlı istehsalın formalaşdırılması üçün innovativ yanaşmaların tətbiqi, resurslardan səmərəli istifadə və istehsalın intensivləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. N.Əmirov Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsinə, aqrar sahədə əlavə dəyərin artırılmasına və regionların inkişafına mühüm töhfə verəcəyini bildirib. Eyni zamanda qeyd olunub ki, müşavirədə səsləndirilən rəy, təklif və qeydlər ümumiləşdirilərək aidiyyəti dövlət qurumlarına təqdim olunacaq və Dövlət Proqramının icrası prosesində nəzərə alınacaq/Report
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Sabah yağış yağacaq
Bugün, 12:39 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Tokayevə məktub ünvanlayıb
Bugün, 11:07 GÜNDƏM
-
Laçın və Qubadlıya sulu qar, Kəlbəcər və Ordubad qar yağıb
Bugün, 11:05 CƏMİYYƏT
-
Deputatın oğlunun adının hallandığı qətl işi... - "Ceyhun Sabunçu" kimdir?
Bugün, 10:27 KRİMİNAL
-
Heydər Əliyev Sarayında "Turandot" tamaşasının premyerası keçirilib - FOTOLAR
Bugün, 10:00 MƏDƏNİYYƏT
-
Tovuzda iki nəfər bıçaqlanıb, biri ölüb
Bugün, 00:04 KRİMİNAL
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 MƏDƏNİYYƏT
-
YAP-da gözlənilməz görüş - Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə nələri müzakirə etdi?
24.10.2026, 23:43 SİYASƏT
-
Prezident və ailə üzvləri "FIFA U-15 World Cup and Festivalı"nın rəsmi açılışında - FOTOLAR (Yenilənib)
24.10.2026, 22:34 GÜNDƏM
-
Bakıda Zeytun Festivalının rəsmi açılışı olub - FOTO
24.10.2026, 21:35 GÜNDƏM
-
Xətaidə kütləvi dava: “Ceyhun Sabunçu” ölüb, 9 nəfər tutulub, deputatın oğlu və... - DTX-dən əməliyyat + VİDEO, FOTOLAR (YENİLƏNİB)
24.10.2026, 19:36 KRİMİNAL
-
Gəncədə 60 yaşlı qadın bıçaqlandı
24.10.2026, 18:02 KRİMİNAL
-
Kirayə mənzil mexanizmində yeni qaydalar: Əlçatanlıq artır, yoxsa maliyyə intizamı sərtləşir?
24.10.2026, 17:22 İQTİSADİYYAT
-
Dilarə Əliyeva ARB rəhbərinin müşaviri təyin olundu
24.10.2026, 17:13 PRESS
-
Bolqarıstan Olimpiya Komitəsinin vitse-prezidentinin başına güllə çaxıldı - Saxlanılanların arasında iki türk də var
24.10.2026, 16:32 KRİMİNAL
-
Leysan yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
24.10.2026, 15:03 GÜNDƏM
-
Xəzər dənizinin sahilində 173 ölü nərə balığı aşkarlandı - Nə baş verir?
24.10.2026, 12:30 GÜNDƏM
-
Binalar qazlaşdırılmadan elektrikləşməyə keçir? - VİDEO
24.10.2026, 11:27 CƏMİYYƏT
-
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
24.10.2026, 11:19 CƏMİYYƏT
-
Azərbaycan neftinin qiyməti rekorda doğru gedir - Daha 4.6 dollar bahalaşdı
24.10.2026, 10:19 İQTİSADİYYAT
-
XİN: "Birləşmiş Millətlər Günü mübarək!"
24.10.2026, 10:01 SİYASƏT
-
Zaqatalada silsilə oğurluq... - Həbs olunan var
24.10.2026, 09:23 KRİMİNAL
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
24.10.2026, 00:06 CƏMİYYƏT
-
“Azərduz”un içindən qum dənələri və xırda daşlar çıxıb - FOTO
23.10.2026, 23:22 İQTİSADİYYAT
-
TRAMPIN XANIMI DA SİYASƏTƏ ATILDI - Ukraynadakı bir bölgə üçün atəşkəs mesajı verildi
23.10.2026, 22:47 GÜNDƏM
-
Baxçalı Azərbaycan səfiri ilə bir arada: "Türkiyə ilə Azərbaycanın bir-birinə olan etimadı qorumaq..."
23.10.2026, 20:30 SİYASƏT
-
"Türkiye Sığorta" şirkətinin istefa verən direktoru yenidən saxlanılıb
23.10.2026, 20:03 KRİMİNAL
-
Gəncədə beşaylıq körpə ölüb
23.10.2026, 19:55 CƏMİYYƏT
-
Hacıqabulda müşavirə - Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı tapşırıqlarından irəli gələn vəzifələr müzakirə olunub + FOTOLAR
23.10.2026, 19:47 CƏMİYYƏT
-
Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu gəmi vurulub - XİN açıqlama yaydı
23.10.2026, 19:01 GÜNDƏM
-
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
23.10.2026, 19:01 YAZARLAR
-
Moskvada 4 hava limanında uçuşlar dayandırıldı - Dron hücumu var
23.10.2026, 18:53 GÜNDƏM
-
İordaniyada kilsəyə hücum: 9 əfər öldürülüb - FOTOLAR
23.10.2026, 18:47 DÜNYA
-
MHP lideri: "Türkiyə ilə Azərbaycan arasında etimadın qorunması vacibdir"
23.10.2026, 18:34 SİYASƏT