Palçıqda başa çatan futbol mövsümü və ya Quba Olimpiya Kompleksinin stadionu bərbad vəziyyətdədir (VİDEO)

Palçıqda başa çatan futbol mövsümü və ya Quba Olimpiya Kompleksinin stadionu bərbad vəziyyətdədir (VİDEO)

İDMAN

Bugün, 18:02

"İmişli" klubu 33 xalla premyer liqanın turnir cədvəlində 9-cu yerdə qərar tutub və deyəsən, yerindən narazı deyil. Amma klubun ev oyunlarının keçirdiyi Quba Olimpiya Kompleksinin stadionundakı bərbad vəziyyətdən heç də razı qalan yoxdu.

Mia.az xəbər verir ki, meydançanın qapı önündə ot örtüyünün vəziyyəti heç deyiləsi deyil. Burada premyer liqa oyunlarının keçirilməsi sadəcə, biabırçılıqdı.

Klub rəsmisi İlkin Əhmədov bu problemin həlli üçün killi miqdarda vəsait lazım olduğunu bildirir. İ.Əhmədov həm də medianın bu problemi işıqlandırmasından narazıdı. Amma öz aramızdı, "İmişli"ni kim məcbur edib ki, İmişlidən basa-basa gəlib Qubada, palçığın içində oynasın? Premyer liqaya gələndə klublar dəbdəbəylə, təmtəraqla, pafosla ortaya çıxır. Sonra məlum olur ki, sən demə, oynamağa yerləri yoxdu. Oyunçu qıtlığı yaşanır, infrastruktur sıfır. Nədir bu pafosun məqsədi onda? Mərc oyunlarının subyekti olmaq sadəcə? 

Hazırda Premyer liqanın son oyununun keçirildiyi Quba Olimpiya Kompleksinin stadionundakı qapının ağzındakı palçıqlı vəziyyəti sizə aşağıdakı video və fotoda təqdim edirik.

Zülfiyyə 

MİA.AZ

Zülfiyyə Mustafayeva 

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR