Araz Abdullayev Yevlax klubundan yola salındı

Araz Abdullayev Yevlax klubundan yola salındı

İDMAN

Bugün, 17:48

"Karvan-Yevlax" klubunun oyunçusu Araz Abdullayevin komandadan yola salıb.

Mia.az-a daxil olan özəl məlumata görə, 34 yaşlı yarımmüdafiəçi bir müddət əvvəl komandadan göndərilib

Onun məşqlərdə intizamsız olduğu, oyunlarda üzərinə düşən vəzifələri yerinə yetirmədiyi qeyd olunur. Son oyunlarda iştirak etməyən oyunçunun zədəli olduğuna dair məlumat verilsə də, mənbə bildirir ki, A.Abdullayev artıq klubla çalışmır.

Xatırladaq ki, A.Abdullayevin futbol karyerası bundan əvvəl "Neftçi", "Qəbələ" və digər klublardan keçib. O, şəxsi həyatında bir sıra qalmaqallarla gündəmə gəlib. Bunların arasında ölümlə nəticələnən ağır yol qəzasından tutmuş, avtoyuma məntəqəsində azyaşlını təhqir və hədəyə qədər çeşidli hadisələr var.

"Karvan-Yevlax" hələ ki, oyunçusu ilə bağlı rəsmi məlumat açıqlamayıb.

Zülfiyyə Mustafayeva 

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR