İsrail səfiri Bakıda Şəhidlər xiyabanında - Açıqlama + FOTO

İsrail səfiri Bakıda Şəhidlər xiyabanında - Açıqlama + FOTO

SİYASƏT

Bugün, 10:06

İsrailin Azərbaycandakı səfiri Ronen Krausz Şəhidlər xiyabanında Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun məzarını ziyarət edib.

Bu barədə səfirliyin sosial şəbəkə hesablarında paylaşım edilib.

Paylaşımda deyilir:

"Bu gün Azərbaycanın Milli Qəhrəmanı və yəhudi icmasının nümayəndəsi olan Albert Aqarunovun döyüşdə şəhid olduğu günün ildönümüdür. Albert Aqarunovun cəsarəti, Azərbaycana sədaqəti və Vətənin müdafiəsi uğrunda etdiyi ən ali fədakarlıq dərin ehtiramla xatırlanır və böyük hörmətlə anılır. Onun həyatı və qəhrəmanlığı cəsarətin, sədaqətin və Vətənə bağlılığın nümunəsi olaraq qalır".

Qeyd edək ki, A.Aqarunov Birinci Qarabağ müharibəsi zamanı Şuşa uğrunda gedən döyüşlərdə həlak olub. O, ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR