DİN-dən yağışla bağlı sürücülərə çağırış: bu küçələrdə sıxlıq var - SİYAHI

img

06-04-2026 [10:58]


"Hazırda müşahidə olunan yağıntılı hava şəraiti paytaxt yollarında hərəkətin intensivliyinə təsir göstərib, bəzi istiqamətlərdə sıxlıq yaranıb. Yol polisi əməkdaşları tərəfindən sıxlığın azaldılması, hərəkətin tənzimlənməsi və təhlükəsizliyin təmin olunması istiqamətində zəruri tədbirlər görülür".

Mia.az xəbər verir ki, bu barədə Daxli İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamada sıxlıq müşahidə olunan əsas istiqamətlər sadalanıb:

• Bakı–Sumqayıt şosesi (“20 Yanvar” istiqaməti)

• Ziya Bünyadov prospekti (müxtəlif hissələr üzrə)

• Tbilisi prospekti (“20 Yanvar” → mərkəz)

• Heydər Əliyev prospekti (əsas və köməkçi yollar)

• Xətai prospekti

• Atatürk prospekti

• Yusif Səfərov küçəsi

• 8 Noyabr prospekti

• Mikayıl Müşfiq küçəsi (Badamdar dairəsi)

• Niyazi küçəsi (“Azneft” dairəsi)

• Binəqədi şosesi (“Azadlıq prospekti” m/st istiqaməti) və digər qeyd olunan ərazilər.

DİN-dən daha sonra sürücülərə aşağıdakı tövsiyə verilib:

• Sürət həddinə ciddi əməl edin

• Ara məsafəsini qoruyun

• Yağışlı havada qəfil manevrlərdən çəkinin

• Piyadalara qarşı diqqətli olun;

 Polis əməkdaşları tərəfindən yol hərəkətinin təhlükəsiz və fasiləsiz təşkili istiqamətində tədbirlər davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:09 05.04.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA