YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...

img

21-03-2026 [22:38]


Bakı şəhər 348 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Samirə xanım gözəl bir bahar günündə dünyaya göz açıb: 21 mart günündə! 

Novruzgüllərinin, Bahar çiçəklərinin qədim Laçın elində hər kəsin astanasına qədəm qoyduğu bir vaxtda, bir zamanda... 

O vaxt atası Rafiq Həsənov Laçın rayonunun tanınmış ziyalısı, 32 saylı tam orta məktəbin direktoru idi. (Allah rəhmət eləsin! Bir dost kimi xatirəsi həmişə qəlbimizdədir)

... Kim nə biləydi ki, ocağımızdan köz, bulağımızdan su götürən o nadan qonşularımızın ocağımızda da, bulağımızda da gözləri var imiş. Bax beləcə, atasının direktor olduğu məktəbin ibtidai sinfinə qədəm qoyan körpə Samirə balanın gözləri önündə Qarabağ vulkanı püskürdü. Həyat, yaşam, təhsil ünvanı dəyişdi. 

Bütün çətinliklərin fonunda dəyişməyən 7 yaşlı Samirənin yaddaşında əbədi olan qartal libaslı laçın, onun füsünkar təbiəti, gözəllikləri və bir də Novruz ənənələri oldu.

32 saylı məktəb Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Laçın rayon sektoruda fəaliyyət göstərdi. Qəlbində Laçın sevgisi əbədi olan, dostumuz Rafiq Həsənov 2016-ci ildə dünyasını dəyişənə kimi o məktəbin direktoru işlədi. Məktəb Rafiq müəllimin yaratdığı sağlam pedaqoji mühit və təlim-tərbiyə göstəriciləri ilə tanındı. Nə gözəl ki, onun övladları ata yolunun layiqli davamçıları oldu, şərəfli müəllimlik peşəsini üstün tutdular.

Ad gününə təbrik ünvanladığım Samirə xanım Həsənova Universitet təhsilindən sonra müəllimi, məktəb direktoru olan atası ilə çiyindaş oldu. Onun bütün bilik və bacarıqlarını, peşəkar idarəçilik təcrübəsini öyrəndi. Elm və Təhsil Nazirliyində yeni qaydada direktor təyinatının mərhələlərindən uğurla keçib atasının direktor olduğu məktəbə təyinat aldı. Bu uğurlu təyinat müəllim-şagird kollektivlərini, valideynləri və Həsənovlar ailəsini tanıyan hər kəsi sevindirdi. Elə mən də masa arxasında bu təbriki böyük sevinc və qürur hissilə yazıram.

Dəyərli Samirə xanım, nə yaxşı ki, varsınız! Rafiq müəllimin peşəsində, onun davamçısı kimi bizi sevindirirsiniz. Sizə peşə uğurları, cansağlığı və gözəl günlər arzulayıram. Ruzi-bərəkət süfrənizdən əskik olmasın. 

Ötən Novruz günlərində ailəvi səfər etdiyiniz əsrarəngiz gözəlliyi, meşələri, dağları, hər qarış torpağı, daşı, qoynuna düşən hər kəsdə xoş ovqat yaradan Laçından bizim ailə üçün hədiyyə etdiyiniz Bahar ətirli yaz çiçəkləri ən böyük hədiyəmiz oldu! Sevindik!

Sizi yeni yaşınız, Novruz və Ramazan bayramları münasibətilə ürəkdən təbrik edirəm! Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ikinci təhsilinizdə, ictimai fəaliyyətinizdə, YAP Laçın rayon təşkilatının 39 saylı ƏDT-nin sədri kimi məsil işinizdə uğurlar Sizinlə olsun.

Samirə xanım, xoş arzularımı, bayram təbriklərimi ailənizə, bacı-qardaşlara çatdırmanızı istərdim! Var olun! Allah Sizləri qorusun!

Səxavət TAĞLAR,
Azərbaycan Respublikasının Əməkdar müəllimi, Prezident mükafatçısı

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA