PUTİN AVROPANI QAZLA "VURUR": "Rusiya Avropa qaz bazarından tamamilə çəkilir"

img

05-03-2026 [09:04]


Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Avropa qaz bazarından tamamilə çəkiləcəyini açıqlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, Rusiyanın dövlət kanalı "Rossiya 24"ə müsahibə verib.

Putin deyib ki, Rusiya Avropa İttifqı ölkələrinə qaz nəqlinin tamamilə dayandıracaq: "Mən bu barədə müvafiq qurumlaa tapşırıq vermişəm".

Rusiya prezidenti Ukraynanın Aralıq dənizində Rusiya tankerinə pilotsuz sualtı vasitələrlə hücum etməsini isə terror sayıb: "Bu, terror hücumudur. Bu cür hadisələrlə ilk dəfə qarşılaşmırıq. Ukrayna enerji infrastrukturuna hücumlarla Avropaya zərər verir. Əvvəllər də dediyim kmi, onlar Qara dənizdə Türk Axını və Ukrayna təbii qaz boru kəmərlərinə hücumlar planlaşdırır. Təbii ki, bu da qaz və neftin qiymətinə təsirsiz olmayacaq. Avropa təbii qaz bazarındakı qiymət artımları təchizatçılarla əlaqəli deyil. Məsələn, təchizatçılar arasında ABŞ, Norveç, Əlcəzair və Rusiya tədarükləri azaltmayıb. Qiymət Yaxın Şərqdəki hadisələrdən sonra müştərilərin daha yüksək qiymətlərlə təbii qaz almaq istəməsi səbəbindən yüksəlib. İndisə bizim üçün yeni bazar açılıb. Bu bazar bizə Avropa bazarına tədarükü dayandırmaq bizim üçün daha sərfəlidir. Açıq bazarlara daxil ola və oradakı mövqeyimizi möhkəmləndirə bilərik. Biz bu məsələyə siyasi cəhətdən yanaşmırıq. İndi tədarükü özümüz dayandırıb etibarlı tərəfdaş olan ölkələrə getsəydik, daha yaxşı olmazdımı? Mən hökumətə bu məsələni şirkətlərimizlə birlikdə həll etməyi tapşırmışam"

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA