“PAŞA Holding”də yeni törəmə şirkət yaradıldı, təyinat oldu – “PAŞA Maliyyə Holding” hans işləri görəcək?
16-01-2026 [21:34]
“PAŞA Holding”in yeni törəmə şirkəti olan “PAŞA Maliyyə Holding” fəaliyyətə başlayıb.
Mia.az xəbər verir ki, “PAŞA Maliyyə Holding”in əsas məqsədi “PAŞA Holding”ə daxil olan maliyyə şirkətlərini, eləcə də bankçılıq, sığorta, fintek, e-ticarət sahələrindəki investisiya portfelini mərkəzləşdirilmiş şəkildə idarə etməkdir.
Belə ki, hazırda “PAŞA Maliyyə Holding”in birbaşa tabeliyində “PAŞA Bank Azərbaycan”, “PAŞA Bank Gürcüstan”, “PAŞA Bank Türkiyə”, “Bir” ekosistemi (Kapital Bank, Competo və PashaPay), “PAŞA Sığorta”, “PAŞA Həyat” və “PAŞA Technology” şirkətləri fəaliyyət göstərir.
“PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov yeni strukturlaşma ilə bağlı bildirib: “PAŞA Maliyyə Holding-in yaradılması maliyyə və əlaqəli aktivlərimizin daha çevik, fokuslanmış və uzunmüddətli dəyər yaradan şəkildə idarə olunmasına imkan verəcək. Bu addım Holdinqin strateji inkişaf mərhələsində mühüm dönüş nöqtəsidir.”
Qeyd edək ki, “PAŞA Maliyyə Holding”in baş icraçı direktoru vəzifəsinə bundan əvvəl “PAŞA Holding”in baş icraçı direktorunun müavini və “Bir” ekosisteminin baş icraçı direktoru kimi fəaliyyət göstərmiş Fərid Məmmədov təyin edilib.
“PAŞA Maliyyə Holding-in əsas prioriteti maliyyə və texnologiya yönümlü bizneslərin sinerjisini gücləndirmək, innovativ həllər vasitəsilə müştəri dəyərini və əməliyyat səmərəliliyini artırmaqdır.” - Fərid Məmmədov bildirib. Yeni vəzifəsi ilə yanaşı, cənab Məmmədov, eyni zamanda “Bir” ekosisteminin Müşahidə Şurasının sədri kimi də fəaliyyətini davam etdirəcək.
Onu da qeyd edək ki, yeni struktura əsasən “PAŞA Holding”in idarəçiliyi altında beş alt vertikal olacaq ki, bura maliyyə sektorunu (bankçılıq, sığorta, fintek, e-ticarət və s.) əhatə edən “PAŞA Maliyyə Holding”i, daşınmaz əmlak, hotel biznesi, eləcə də pərakəndə ticarət mərkəzlərinin idarə olunması sektorlarını əhatə edən “PAŞA Real Estate Qrup”u, kənd təsərrüfatı sektorunu əhatə edən “AgroDairy”, supermarketlər şəbəkəsi “Bravo” və pərakəndə xidmətlər, restoran biznesi, turizm və əyləncə sahəsini əhatə edən “Ventures Qrup” daxildir.
Xatırladaq ki, “PAŞA Holding” ölkənin ən böyük özəl şirkətlərindən biridir. 2006-cı ildə təsis olunan holding maliyyə, daşınmaz əmlak, kənd təsərrüfatı, supermarket şəbəkələrinin idarə olunması, eləcə də pərakəndə xidmətlər və əyləncə sahələrində fəaliyyət göstərir və fəaliyyət göstərdiyi ölkələrdə vətəndaşların yaşayış standartlarının yüksəldilməsinə töhfə verməyi hədəfləyir(marja.az).
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub