"Fənərbağça"nın məşhur oyunçusuna sürpriz təklif var

img

07-01-2026 [00:09]


İki ay əvvəl "Fənərbağça"nın heyətindən kənarlaşdırılann millinin yarımmüdafiəçisi İrfan Can Kahveciyə sürpriz təklif gəlib.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, super liqada çətin günlər keçirən "Kasımpaşa" onu transfer etmək üçün "Fənərbağça"nın qapısını döyüb.

Məlumata görə, klublar atıq anlaşmaq üzrədirlər: "Komandadan küskün olan İrfan Can Kahveci də oyun vərdişindən uzaqlaşmamaq üçün təklifə isti yanaşır. Danışıqlar gedir. Yəqin ki, bir neçə günə rəsmi nəticə bəlli olacaq"

Xatırladaq ki, İrfan Can Kahvecinin "Fənərbağça" ilə 2028-ci ilin yayına qədər müqaviləsi var.

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA