"Volkswagen" maşınlarında nöqsan aşkarlandı - Arxa görmə kameraları düz işləmir

img

06-01-2026 [13:18]


Almaniyanın məşhur avtomobil istehsalçısı "Volkswagen" markalı maşınlarda nöqsan aşkarlanıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, avtomobillərin kamera sistemində problem olduğu aydınalşıb.

Məlumata əsasən, bu səbəbindən ABŞ-da satışda və istifadədə oan 356 mindən çox maşının geri gətirilməsinə qərar verilib.

"Volkswagen"dən bildirilib ki, bu problem ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyası (NHTSA) tərəfindən üzə çıxarılıb: "Problem 2019-cu ildən 2026-cı ilə qədər bəzi modellərdə öz təsdiqini tapıb. Problem arxa görüntü kamerasının şəkilləri düzgün çəkə bilmədiyindədir. Bu isə sürücünün görmə sahəsini azaldır, qəza riskini artırır"

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA