DEPUTATIN ŞİRKƏTİ MÜĞƏNNİYƏ BİNANIN BİR MƏRTƏBƏSİNİ NİYƏ PEŞKƏŞ EDİB? - Müğənni silinən xəbərlərə belə reaksiya verdi (VİDEO)

img

01-01-2026 [13:08]


Deputat Ağalar Vəliyevin sahibi olduğu “Kristal Abşeron” tikinti şirkətinin icraçı direktoru Məhayət Nəbiyev “Pişik” ləqəbli müğənni Günel Ələkbərovaya  MTK-nın Xırdalan layihəsindəki binanın bir mərtəbəsinin tamamını hədiyyə etməsi barədə xəbər cəmiyyətdə maraqla qarşılanıb.

Mia.az xəbər verir ki, müğənniyə binanın bir mərtəbəsinin niyə peşkəsş olunmasının sirri bəlli deyil.

Maraqlı budur ki, şirkət bu barədə tirajlanan xəbərləri nə təsdiq, nə təkzib edib. Qarşılığında isə xəbərlər bir çox saytlardan siliniib.

Düzdür, “Kristal Abşeron” şirkətinin marketinq şöbəsindən Rəşad Qurbanov jurnalistlərin bu xəbərinə cavabda deyib ki, "müştərilərin məxfi məlumatları barədə heç bir açıqlama verə bilməzlər".

Günel Ələkbərova əvvəl bu bu barədə suala açıqlama verməkdən yayınsa da, sonradan efirdə yayılan iddianı dolayısı ilə təsdiqləyib. O, hətta iddia edib ki, bu hədiyyə onun sənətinə görə verilib.

Müğənninin həmin açıqlamasını aşağıdakı videodan dinləyə bilərsiniz:

Xatırladaq ki, mətbuatda A,Vəliyevin böyük biznes şəbəkəsinin olması və “Azəraqrartikinti” ASC idarə heyətinin sədri olduğu yazılıb. Həmçinin iddiaya görə İstanbulun Alemdar məhəlləsi, Başmühasip küçəsi -10 ünvanında yerləşən otel Pərviz Vəliyevin 2015-ci ilin avqustun 24-də İstanbul Ticaret Odasında qeydiyyatdan keçirdiyi PZ GRUP TURİZM İNŞAAT SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİ üzərindən idarə olunur.

Pərviz Vəliyev Azərbaycandakı PZ ŞİRKƏTLƏR QRUPU-nun rəhbəridir. Ağalar Vəliyev bu şirkət üzərindən plastik pəncərələr istehsal edən fabrikin, betonzavodun və “MƏLƏK” ailə-uşaq əyləncə mərkəzinin sahibidir. “MƏLƏK” ailə-uşaq əyləncə mərkəzinin daxilində kiçik hostel və özəl bağça fəaliyyət göstərir. Bu da P.Vəliyevin özünün nəzarətindədir.

Deputatın Azərbaycanda da böyük biznesi var. Elə Bakıda çoxsaylı ərazilərdə, hətta metro çıxışlarının üstündə, dəmiryol xətlərinin bir addımlığında yüksəkmərtəbəli binalar tikərək, çox baha kredit faizləri ilə satan “Kristal Abşeron” tikinti şirkəti də Ağalar Vəliyevə məxsusdur.

F.Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA