Suriyada ara qarışdı: din xadimi çağırış etdi, Əsəd tərəfdarları ayağa qalxdı - Ölən və yaralananlar var

img

29-12-2025 [00:10]


Suriyada devrilmiş BƏƏS rejiminə yaxınlığı ilə tanınan və xaricdə yaşayan nüfuzlu Şeyxlərdən Gazal Gazalın Əhməd Şara hökumətinə qarşı çağırışından sonra minlərlə suriyakı bir çox şəhərərdə ayağa qalxıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Şeyx  çağırşında ölkənin bölünmə tələbini də irəli sürüb.

O, ölkənin dini, etik xətlər üzrə federasiya dövlətinə çevrilməsini mütləq həll yolu sayıb.

Şeyx Gazal

Məlumata görə, bu çağırşdan sonra Latakiya, Tartus, Homs və Hama şəhərlərində əsasən şiaə kökənli minlərlə iinsan küçələrə axışıblar: "Qısa zamana onlarla təhlükəsizlik qüvvələri arasında toqquşma başlayıb. Nümayişçilər qumbara, daş, ağaclarla hərbçilərə hücum ediblər. Nəticədə qarşıdurma daha da böyüyüb. Və ilkin məlumata görə, toqquşmalarda 3 nəfər həlak olub, 60-dan çox insan yaralanıb. Hadisələrdən sonra bölgəyə ordu bölmələri yerləşdirilib".

Latakiya Daxili Təhlükəsizlik Komandanı, generalı Əbdüləziz əl-Əhməd bildirib ki, devrilmiş Suriya lideri Bəşər Əsəd rejiminin tərəfdarlarının nümayişlər zamanı təhlükəsizlik qüvvələrinə hücum olub: "Təhlükəsizlik qüvvələrimiz devrilmiş rejimin qalıqları ilə əlaqəli terrorçu qrupların hücumlarına məruz qalıb. Bu hücumlar nəticəsində çoxsaylı təhlükəsizlik işçiləri yaralanıb, təhlükəsizlik qüvvələrinə və xüsusi əməliyyat bölmələrinə məxsus nəqliyyat vasitələrinə böyük zərər vurulub..."

Suriya Müdafiə Nazirliyi isə "qanunsuz qruplar"ın artan hücumlarının qarşısını almaq üçün toqquşma bölgələrinə  əlavə qüvvə göndərildiyini bəyan edib.

Suriya Daxili İşlər Nazirliyi isə ara qarışdıran, təhlükəsizlik qüvvələrinə hücum edənlərin müəyyən olunaraq məsuliyyətə cəlb olunacaqlarını açıqlayıb.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 27.12.2025

45 hakim and içib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA