Ceyhun Bayramov UNESCO-nun yeni Baş katibi ilə müzakirə aparıb

img

23-12-2025 [17:44]


Xarici işlər naziri Ceyhun Bayramov ilə BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) yeni seçilmiş Baş katibi Xaled El-Enani arasında telefon danışığı aparılıb.

Mia.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazir qarşı tərəfi UNESCO-nun Baş katibi vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Tərəflər Azərbaycanla UNESCO arasında mövcud əməkdaşlığı yüksək qiymətləndirərək gələcəkdə bu münasibətlərin daha da inkişaf etdirilməsi üçün hazır olduqlarını bildiriblər. Azərbaycanın çoxtərəfli diplomatiya və mədəniyyətlərarası dialoq sahəsindəki rolu vurğulanıb. Bu çərçivədə Azərbaycanın təşəbbüsləri və UNESCO üzrə planlar müzakirə olunub.

UNESCO Baş katibinin təşkilata etimadın artırılması və fəaliyyətinin siyasiləşdirilməməsi istiqamətində səylərinin əhəmiyyəti vurğulanıb.

Nazir həmçinin 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13), Bakı prosesi, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verib və Baş katibi bu tədbirlərdə iştiraka dəvət edib.

C.Bayramov daha sonra tarixi Vaşinqton görüşü və postmünaqişə dövründə görülən işlər barədə qarşı tərəfə ətraflı məlumat verib.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA