"Kurtlar Vadisi Pusu"nun aktrisası narkotik iddiasını rədd etdi: "O evdə cəmi bir dəfə olmuşam..."

img

23-12-2025 [00:11]


Məşhur "Kurtlar Vadisi Pusu" serialı ilə tanınan aktrisa Defne Samyelinin narkotik qəbulu məclislərində iştirakı barədə iddialar yayılıb.

Mia.az Türkiyə mətbuatına istnadla xəbər verir ki, bu barədə haqqında həbs qərarı çıxarılan Kasım Garipoğlunun sürücüsünun istintaqa ifadə verdiyi deyilir.

Samyeli isə barəsində yayılan iddiaları təkzib edərək, yalnız bir dəfə Garipoğlunun evində olduğunu təsdiqləyib:

"Kasım Garipoğlunun evinə ötən sentyabr ayında Şevval Şahinin ad günü məclisi olub ora qatılmışam. Həmin məclisdə də qətiyyən qadağan olunmuş maddələrdən istifadə edilməyib..."

Ləman

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA