QƏBUL İMTAHANI İLƏ BAĞLI MƏHKƏMƏ: Kamran Əsədovla Gündüz Abbasov hakim qarşısına çıxarıldılar

img

19-12-2025 [17:00]


Buraxılış və qəbul imtahanlarının nəticələrinə təsir göstərməkdə təqsirli bilinən şəxslərin məhkəməsi keçirilib.

Mia.az xəbər verir ki, Gəncə Şəhər Məhkəməsində qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən Kamran Əsədov və Gündüz Abbasovun növbəti məhkəmə prosesi keçirilib.

Hakim Elçin Məmmədov sədrlik etdiyi prosesdə hər iki şəxsə Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.

K.Əsədov ona elan olunan ittihamlarda özünü təqsirli bilməyib. G.Abbasov isə özünü qismən təqsirli bilib.

Məhkəmədə ifadə verən Dövlət İmtahan Mərkəzinin (DİM) nümayəndəsi bildirib ki, qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə edildiyi aşkarlanıb və bu məsələ ilə bağlı 14 abituriyentin adı qeydə alınıb.

Növbəti məhkəmə prosesi gələn il yanvarın 22-nə təyin edilib(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA