Kəmaləddin Heydərov onları vəzifyə təyin etdi

img

04-12-2025 [11:00]


Fövqəladə Hallar Nazirliyində yeni təyinatlar olub.

Bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmrlər imzalayıb.

Belə ki, qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami rayon şöbəsinin rəisi polkovnik Əlfağa Ağayev vəzifəsindən azad edilib. O, Xidmətin Yanğınsöndürmə şöbəsinin rəisi təyin olunub.

FHN rəhbərinin digər Əmri ilə Ceyhun Ramazanov Nizami Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi təyin edilib.

Nazirliyin Mətbuat xidmətindən məlumatı təsdiq ediblər.

Qeyd edək ki, bununla bağlı məlumatı ilk olaraq “Qaynarinfo” yayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:38 04.12.2025

Zaqatalaya qar yağır

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA