Müğənni Dənizə qarşı böhtan və təhqir işləri üzrə qərar verildi

img

19-11-2025 [12:20]


Binəqədi Rayon Məhkəməsində vəkil Cavidan Osmanlının müğənni Dəniz Əsədova barəsində xüsusi ittiham qaydasındakı şikayətinə baxılıb.

Mia.az xəbər verir ki, vəkil sənətçinin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinməsini tələb edib.

Lakin məhkəmə vəkilin ittihamlarını qəbul etməyib və Dəniz Əsədovaya qeyd edilən maddələr üzrə bəraət verilib.

Qeyd edək ki, daha əvvəl vəkil Asim Abbasov da eyni məzmunlu ittihamla çıxış etmiş və həmin vaxt D.Əsədova 7 aylıq həbs edilmişdi. Hazırda həbsdə olan müğənni dələduzluq əməllərində təqsirləndirilir.

Cavidan Osmanlı isə bir müddət əvvəl Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilib. Onun barəsində də dələduzluq ittihamları var və barəsində cinayət işi açılıb(Qafqazinfo).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA