"Sudan nümunələr götürülüb" - Abşeron suvarma kanalında minlərlə balıq niyə tələf olub? (VİEO)

img

12-11-2025 [14:09]


Abşeron suvarma kanalının Maştağadan keçən hissəsində minlərlə balığın naməlum səbəbdən öldüyü müşahidə edilib.

Mia.az xəbər verir ki, bu barədə Balıqçılıq və Akvakultura Mərkəzi məlumat yayıb.

Bildirilib ki, balıq tələfatı ilə bağlı monitorinqlər aparılır: "Məsələ ilə bağlı ilkin məlumatlar əsasında aidiyyəti qurumlar tərəfindən araşdırmalara başlanılıb. Hadisə yerinə baxış keçirilib, Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən sudan nümunələr götürülüb. Eyni zamanda, balıq nümunələri toplanaraq laborator müayinəyə təqdim edilib".

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 12.11.2025

XİN açıqlama yayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA