KÜRDƏMİRƏ YENİ İCRA BAŞÇISI TƏYİN OLUNDU: o, kimdir? - Sərəncam

img

12-11-2025 [13:18]


Prezident İlham Əliyev bu gün daha bir sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə Elşən Nazim oğlu Həsənli təyin edilib.

Qeyd edək ki, bu rayonun icra başçısı  Elxan Oqtay oğlu İbrahimov bu gün Nəsiminin icra başçısı təyin olunub.

Xatırladaq ki, bu təyinata qədər Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Həsənli Elşən Nazim oğlu 10 avqust 1986-cı ildə Yevlax şəhərində anadan olub.

2006-cı ildə Azərbaycan  Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “İnzibati idarəetmə” ixtisası üzrə bakalavriatura səviyyəsini, 2019-cu ildə isə Dövlət İdarəçilik Akademiyasının “Davamlı inkişafın planlaşdırılması” üzrə magistratura səviyyəsini bitirib.

2012-2014-cü illərdə Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı aparatında baş məsləhətçi vəzifəsində çalışıb.

2014-2022-ci illərdə Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb. 

2022-ci ilin dekabr ayında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib.

2025-ci ilin aprel ayında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifəsinə təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 2 övladı var.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 12.11.2025

XİN açıqlama yayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA