Parada hansı ölkələrin rəsmiləri qatılıb? - SİYAHI

img

08-11-2025 [21:27]


Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə yanaşı, bir sıra ölkələrin ordu rəhbərliyi də iştirak edib.

Mia.az xəbər verir ki, hərbi paradı Slovakiyanın Baş nazirinin müavini, müdafiə naziri Robert Kalinakın başçılıq etdiyi nümayəndə heyəti, Serbiya silahlı qüvvələrinin Baş Qərargah rəisi general Milan Moysiloviç, Qazaxıstanın müdafiə naziri Dauren Kosanov, habelə Səudiyyə Ərəbistanı müdafiə nazirinin müavini, Qırğızıstanın müdafiə naziri, eləcə də Özbəkistanın müdafiə nazirinin müavini izləyiblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA