Prezidentin ailə üzvləri “Suyun sirri” pantomim tamaşasını izləyib - FOTOLAR

img

02-11-2025 [00:23]


Daş Salnamə Muzeyində “Bakıya Uçuş. İncəsənət həftəsonu: Gələcəyi İNDİ Duy” incəsənət festivalı üçün xüsusi hazırlanan “Suyun sirri” pantomim tamaşası təqdim olunub.

Mia.az xəbər verir ki, tədbirdə iştirak edən “Art Weekend” layihəsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva səhnə əsərini izləyiblər.

Tamaşanın mövzusu incəsənət festivalının əsas elementi kimi seçilən su üzərində qurulub. Xalq artisti, pantomim aktyoru Pərviz Məmmədrzayevin müəllifi olduğu layihə insan və su arasındakı əbədi bağlılığı təsvir edir.

Pərviz Məmmədrzayevlə yanaşı, layihəyə 7 aktyor cəlb edilib. Tamaşada səssiz, lakin dərin ifadələrlə insanların çox çətinliklə həyatın mənbəyi hesab olunan suyu axtarmaları səhnələşdirilib.

Layihənin məqsədi Bakını qlobal səviyyədə əks-səda yaradan, bir şəhər olaraq ənənə və müasirliyi birləşdirən, müxtəlif fikirləri bir araya gətirən və gələcək nəsillərə ilham verən mədəniyyət paytaxtı kimi təqdim etməkdir.

 









Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 02.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA