İcra başçısının müavini, köməkçi və baş memar saxlanılmayıb? - Köməkçidən açıqlama

img

31-10-2025 [14:07]


Xəbər verdiyimiz kimi, dünən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.

Əməliyyat zamanı korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayevin və bir neçə digər rəsmi şəxsin saxlanıldığı bildirilirdi.

Mia.az xəbər verir ki, Balakən Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Aydın Xoçbərov "Yeni Sabah" açıqlamasında icra başçısının müavini, köməkçiləri və rayonun baş memarının saxlanması ilə bağlı xəbərlərin yalan olduğunu bildirib.

Onun sözlərinə görə, sözügedən əməkdaşların hər biri hazırda iş başındadır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA