SOCAR-ın sabiq vitse-prezidenti haqqında şok iddialar yayıldı
31-10-2025 [09:29]
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin həbsi ilə bağlı adı hallanan SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılov barədə sensasion məlumatlar yayılıb.
Mia.az Musavat.com-a istinadla xəbər verir ki, 16 il ərzində SOCAR-da vitse-prezident vəzifəsində çalışan Mikayıl İsmayılov Ramiz Mehdiyevin birbaşa himayəsində olub və onun vasitəsilə dövlət neft şirkətinin iri layihələrindən əldə edilən vəsaitlərin böyük hissəsini Ramiz Mehdiyev klanına və öz şəxsi şəbəkəsinə yönləndirib.
İsmayılovun fəaliyyəti dövründə milyardlarla manatın mənimsənildiyi, müxtəlif “şirkət-tender” sxemləri ilə bu pulların ölkədən çıxarıldığı qeyd olunur.
Musavat.com-a daxil olan xüsusi mənbə məlumatına əsasən, Mikayıl İsmayılovun xaricdəki daşınmaz əmlak imperiyası da ifşa olunub.
Mənbənin bildirdiyinə görə, onun təkcə Almaniyanın Düsseldorf şəhərində 28, Münxendə isə 8 mənzili var.
Bu daşınmaz əmlakların bir qismi Almaniyada yaşayan, vaxtilə Türkiyəyə qarşı fəaliyyət göstərən separatçı kürd mənşəli bacanağı vasitəsilə alınmışdır. İddialara görə, həmin şəxs vasitəçi kimi çıxış edib və bu yolla Azərbaycandan çıxarılan vəsaitlərin ofşor hesanlara ötürülməsini təmin edib.
Məlumata görə, İsmayılov bu əməliyyatlarda qaynı Rövşənin də köməyindən istifadə edib. Rövşən adlı şəxs vasitəsilə pulların bir hissəsi Gürcüstan və Kipr üzərindən Avropaya daşınıb.
Hal-hazırda hüquq-mühafizə orqanları Mikayıl İsmayılovun digər xarici aktivləri, şirkətləri və ofşor hesabları ilə bağlı məlumat toplayır. Mənbələr bildirirlər ki, onun adının keçdiyi sənədlər arasında Azərbaycanın neft sektorunda illərlə yığılan korrupsiya pullarının izləri var.
Qeyd edək ki, Mikayıl İsmayılov 2005–2021-ci illərdə SOCAR-ın vitse-prezidenti olub, uzun illər “Neftçi” İdman Klubuna və Cüdo Federasiyasına rəhbərlik edib, hal-hazırda “Ekol Mühəndis Xidmətləri” QSC-nin Direktorlar Şurasının sədridir.
Ekspertlər bildirirlər ki, Balakən hadisəsi ilə başlayan bu istintaq dalğası Ramiz Mehdiyev klanının iqtisadi dayaqlarını tam şəkildə çökdürmək məqsədi daşıyır.
İsmayılovun xaricdəki gizli aktivləri üzrə beynəlxalq araşdırmalar artıq başlanıb və yaxın günlərdə yeni ifşalar gözlənilir.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub