İsveçrənin Ədliyyə naziri sabiq nazirin müşavirinə məktub yazıb: "Burada doğulan hər kəs özünü..."
01-10-2025 [14:30]
Yeni vətəndaşlıq kimliyi alan mühacir Şahverdi Əhədov (64) İsveçrə pasportunun ona şəxsən təqdim olunması xahişi ilə Federal Şuranın üzvünə geri göndərib.
Bu barədə İsveçrənin “20 Minuten” qəzeti xəbər yayıb.
Soydaşımız pasportun təntənəli mərasimdə - bələdiyyə və ya mer tərəfindən vətəndaşa təqdim olunmasının daha yaxşı ola biləcəyini vurğulayaraq yerli post vasitəsi ilə aldığı pasportu birbaşa Federal Şuranın üzvü Beat Jansa geri göndərib. Yazdığı məktubda isə öz istəyini dilə gətirib.
İsveçrənin Ədliyyə naziri olan Beat Jans Şahverdi bəyin müraciətinə cavab olaraq yazıb ki, hamı ilə eyni cür rəftar olunmalıdır. Ona görə də sizin pasportunuzu geri göndərirəm. Yəni soydaşımızın xahişinin yerinə yetirilməsini mümkünsüz sayıb.
“20 Minuten” qəzeti yazır ki, 2007-ci ildə İsveçrəyə sığınan Şahverdi Əhədov deyib ki, İsveçrəyə gələndən özümü isveçrəli kimi hiss edirdim: "İsveçrəyə çox minnətdaram. Burada doğulan hər kəs özünü həqiqətən şanslı hesab edə bilər".
Qəzet onu da bildirir ki, soydaşımız İsveçrə Xalq Partiyasının (alm. Schweizerische VolksparteiSchweizerische Volkspartei, SVP) üzvüdür. Bir sıra sosial layihələrdə iştirak edir.
Ümumiyyətlə, Şahverdi Əhədov aktiv adamdır. İsveçrə mətbuatı onun haqqında dəfələrlə məqalələr təqdim edib. O, fermerlərin yarı qiymətinə tingi ala bilməsi üçün kampaniyaya başlayıb. Əhədovun sayəsində indi İsveçrədə müxtəlif yerlərində minlərlə qoz ağacı əkilib.
Onu da qeyd edim ki, Şahverdi Əhədov sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin müşaviri olub. Elə Fərhad Əliyevin həbsindən sonra da Azərbaycanı tərk edib.
Əslən cənub bölgəsindən olan Şahverdi Əhədov Bakıda olarkən taxılçılığın inkişafı ilə bağlı Heydər Əliyevə məktub yazıb. Mərhum prezidentin göstərişi ilə Fərhad Əliyev ona yüksək vəzifə verib...
Elbəyi Həsənli. Sürix
MİA.AZ
Çempionlar Liqası: "Qarabağ" 2-ci qolu da atdı (CANLI YAYIM)
Əməkdar artist Türkiyəyə göndərilib - Heydər Əliyev Fondu Ehtiram Hüseynov müalicəsini nəzarətə götürüb
“Qarabağ”ın qələbəsi üçün azarkeşlərə mükafat ayrılıb - VİDEO
GÜNÜN VİDEOSU - ADSEA su sistemini böyrüstə qoyub
Sabiq xidmət rəisinə hökm oxundu - Məhkəmə prosesi
QHT RƏHBƏRLƏRİ SAXLANILDI - Saxta orden və medallara görə
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
"Qarabağ" və "Kopenhagen" klublarının rəhbərləri arasında görüş olub
Agentlik direktoru istefa verib, yoxsa...? - Ceyhun Kərəmov Əmrullayevdən vəzifədən azad edilməsini istəyib
"Bakı-Tbilisi-Qars dəmiryol xətti ilə yükdaşımaların təşkili haqqında Anlaşma Memorandumunu imzalanıb
Ali Məclis sədri, sədr müavinləri - "Ədalət"də yeni təyinatlar
30 il həbsi tələb olunan Ayşe Barım həbsdən buraxıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ərdoğan: "2026-cı il Türkiyə İqtisadiyyatında İslahat İli olacaq"
AFFA Elgün Hüseynovu cəzalandırdı
Doktorantların və gənc tədqiqatçıların elmi konfransı keçiriləcək
İlham Əliyev, birinci xanım və İtaliya prezidenti universitetdə - FOTOLAR (YENİLƏNİB)
Bir jurnalist yazdı, digəri belə şərh verdi: "Ya türmədə kitab yazarlar, ya da namaz qılarlar"
Üç partiya iclasa qatılmadı, DEM və İYİ partiyalı deputatlar isə Ərdoğanı ayaqda qarşıladı - TBMM-də ilk iclas + FOTO
Azər Bağırov "Kəpəz"lə razılaşıb
Vilayət Eyvazov Sumqayıtda 367 vətəndaşı qəbul edib - Nazir rəislərə tapşırıqlar verib
HƏMAS Trampın Qəzza planını rədd etdi: "Bu iki maddə İsrailin xeyrinə, Fələstin xalqının isə..."
Qəzzada daha iki nəfər acından ölüb
MEDİA TRT kanalına başsağlığı verdi
İsveçrənin Ədliyyə naziri sabiq nazirin müşavirinə məktub yazıb: "Burada doğulan hər kəs özünü..."
Daha bir vəkilin fəaliyyəti dayandırılıb, 2-nə... - İclas oldu
DEM partiyası Ərdoğanın çətiri altına girir? - "Bizə uzadılan əli havada buraxmayacağıq"
İsrail Qəzzanı bombalayır - Xilasedici zabit ölüb, yaralılar var
Sabah hava necə olacaq? - Proqnoz
Kəlbəcər və Şahdağa qar yağıb
Oxuyur Mənsum İbrahimov!
Türkiyə balıqçılarının tapdığı kamikadze kater partladıldı - FOTO
İtaliya Prezidentinin Azərbaycana səfəri başa çatıb
DİN III MDB oyunları ilə bağlı fasiləsiz xidmət aparır - VİDEO
İtaliya Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb - FOTOLAR
Keçmiş spiker çağırış etdi, partiya sədri qəbul etmədi - Türkiyə parlamentində tarixi qalmaqal
Joze Mourinyo: "Kerem Aktürkoğlunu unudun!"