Oxuyur Mənsum İbrahimov!
01-10-2025 [12:56]
lin-günün bu vədəsi idi. Payız yayı sıxışdırıb vaxtından bir qədər əvvəl gəlmişdi. Bakı üçün xarakterik olan külək ara vermirdi. İlk dəfə yağışlı-çiskinli bir payız axşamı görüşdük.
Bayırda zəhlətökən hava olsa da, içəridə xoş əhval-ruhiyyə hökm sürürdü. Onun bulaq kimi qaynayan eczakar səsi insanın qəlbini oxşayır, ruhuna sığal çəkirdi.
Mənsum İbrahimov oxuyurdu...
Ertəsi gün yenə qarşılaşdıq. Yenə mahir ifa tərzi, zəngin repertuarı ilə hamını valeh edirdi.
Yaxın qohumumuz olan toy sahibinin kasıb adam olduğunu bilsəm də, jurnalist marağı güc gəldi: “Adil dayı, Mənsum İbrahimov məclisə neçəyə gəlib?”
Kişi qalın qaşlarını çatıb diqqətlə üzümə baxdı: “Nə pul a bala?! Qudam şəhid atasıdır. Onlar çağırıb, kişi də gəlib. Mənsum müəllim şəhid ailələrinin, qazilərin məclisinə təmənnasız gedir”.
Bu söhbət təxminən 25 il əvvəl olduğu üçün başqa nədən danışdığımızı xatırlamıram. Xatırladığım odur ki, Mənsum İbrahimov indi saçı-saqqalı ağarmış 50 yaşlı jurnalistin qəlbində hələ 25 il əvvəl taxt qurmuşdu. Həm də təkcə sənəti deyil, sadəliyi, səmimiyyəti ilə...
Xalq artisti, professor Mənsum İbrahimov xüsusi təqdimata ehtiyacı olmayam mahir muğam bilicisi, ustad xanəndə, dəyərli ziyalı, alicənab insandır. Açıq mənbələrdə onun haqqında minlərlə məlumat var. Həmin məlumatlarda qeyd olunur ki, Mənsum İbrahimov 1960-cı il oktyabrın 1-də Ağdam rayonunun İmamqulubəyli kəndində anadan olub. Sənətkarın musiqi dünyasına olan sevgisi uşaq yaşlarından özünü göstərib. Əvvəl Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda, sonra isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb.
Əşşi, Tarixi-Nadir açmağın nə mənası var?! Bizim Mənsum müəllimin təqdimata ehtiyacı yoxdur. Onu təkcə Azərbaycanda sevmirlər. O, bir çox ölkələrdə konsert verib; İranda, Türkiyədə, Fransada, ABŞ-da, yaxın-uzaq diyarlarda Azərbaycan musiqisini tanıdıb, əvəzsiz ifaları ilə insanların qəlbini oxşayıb, ruhunu qidalandarıb.
Mənsum İbrahimov təkcə tamaşaçıların deyil, həm də tələbələrinin sevimlisidir. O, Azərbaycan Milli Konservatoriyasında professor, muğam (xanəndə) kafedrasının müdiridir. Gənclər ondan sənətin incəliklərini öyrənir. İndi o, Azərbaycan mədəniyyətini öz sevimli tələbələri ilə çiyin-çiyinə təbliğ edir. Obrazlı desək, Mənsum müəllimin əkdiyi ağaclar çoxdan bar verib. Bir müəllim üçün bundan böyük xoşbəxtlik nə ola bilər?!
Mənsum İbrahimov həm də fəal ictimai xadim, nümunəvi vətəndaşdır. O, səlis nitqi, mənalı çıxışları sayəsində jurnalistlərin sevimli müsahiblərindən birinə çevrilib. Mənsum müəllim yaxşı oxuduğu kimi, həm də yaxşı danışır.
Yəqin jurnalist dostlarım mənimlə razılaşarlar: Mənsum İbrahimov sənəti ilə zirvədə olsa da, bəzi məşhurlar kimi heç vaxt özünü çəkib dağ başına qoymur. Əksinə, əlçatanlığı ilə seçilir. Hətta mətbuatda ilk addımlarını atan təcrübəsiz jurnalistlərin dolaşıq suallarına da təmkinlə, əhatəli cavab verməyə ərinmir. Buna görə də jurnalistlər onu təkcə ustad xanəndə deyil, həm də təmkinli müsahib kimi sevir və hörmət edirlər. Həm də təkcə jurnalistlər deyil, peşəsindən asılı olmayaraq musiqini sevən, qiymətləndirən hər kəs bu sevginin ünvanıdır...
O, Xalq artisti olmazdan əvvəl xalqın artistidir. Canı, qanı, ruhu ilə bağlı olduğu xalqın...
65 yaşınız mübarək, USTAD!
Allah Sizi pənahında saxlasın!
İnşallah, 100 yaşınızda da aparıcıların dilindən bu sözləri eşidək: Oxuyur Mənsum İbrahimov!
Seymur VERDİZADƏ
Qətər Əmiri Türkiyəyə başsağlığı verib: "Hər cür dəstəyə hazırıq"
Bu gün Azərbaycanda Konstitusiya Gündür
Baş məşqçi Nigeriyada yoxa çıxan Osimheni lağa qoyub
"C130" şəhid olan 20 hərbçi: onlar kimdir? - FOTO
Kriştiano Ronaldo karyerasına nə vaxt son verəcək? - Özü açıqladı
Osimhen Nigeriyada yoxa çıxıb - "Qalatasaray" klubu axtarır, Afrika ölkəsi cavab vermir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Pakistanda terror... - Rəsmi Bakı başsağlığı verdi
Azərbaycandan gedən Türkiyənin hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğradı, şəhidlər var - İlham Əliyev Ərdoğana başsağlığı verdi (Yenilənib)
NAZİRLİK DÖVLƏT BAYRAĞI BARƏDƏ QALMAQALLI PAYLAŞIMA AYDINLIQ GƏTİRDİ - Açıqlama + FOTO (Yenilənib)
Cevdet Yılmazla Əli Əsədov arasında telefon danışığı olub
Kəmaləddin Heydərov Gürcüstan daxili işlər naziri ilə telefonla danışıb - Qəza ilə bağlı
Prezident tapşırıq verdi - Əli Əsədov İrakli Kobaxidzeyə zəng etdi
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
Rusiyalı milyarder və arvadı ölü tapıldı - BƏƏ-də həyata keçirilən qətlin təfərrüatı
Bölgələrdən Bakıya dönməyə hazırlşan sürücülərə xəbərdarlıq olunub
Azərbaycan nefti cüzi ucuzlaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ət ucuzlaşıb? - VİDEO
Bəylər Əyyubovla Fərid Əsgərov bir yerdə - FOTO
FUTBOL QUMARI: Türkiyədə mərc oyunlarının aktiv iştirakçısı olan klub rəhbəri və üç hakim tutulub
“Nar”da bu axşam daha bir avtomobil sevinci!
Sabah hava necə olacaq? - Proqnoz
Rəsul Quliyev Bakıya gəlir - "Bir aydan sonra 78 yaşım tamam olur, bu, çox böyük yaşdır"
17 yaşlı azərbaycanlı Rusiyada öldürülüb
Ağdaşda zəlzələ olub - 3.1 bal gücündə
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qarabağ" klubu qazi jurnalistləri təltif edib
"Qarabağ" "Nefçi"ni devirdi - "Nəhayət, biz Premyer liqada bütün biletlərin satılmasının şahidi olduq" (VİDEOLAR)
"Həyat - yalançı ölüm, ölümsə gerçək həyatdı..." - VİDEO
Xəzər sahilində daha 71 ölü suiti aşkarlanıb
Kükü şəhidləri... - Əli Cabbarov yazır
PRAYK sürətlə böyüyür - Kamran Aydınov qadınların təhlükəsizliyini və rəqəmsal mədəniyyəti mərkəzə çevirir
Sabah hava necə olacaq? - Proqnoz
İlham Əliyev paraddan görüntülər paylaşdı - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
İsrail ordusu Suriyaya hücum edib - Yol nəzarətə götürülüb
Parada hansı ölkələrin rəsmiləri qatılıb? - SİYAHI