Noyabr ayında ardıcıl 4 gün iş olmayacaq

img

01-10-2025 [10:43]


Gələn ay - noyabrda ardıcıl 4 gün iş olmayacaq.

Mia.az xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür.

Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, hər iki tarix şənbə və bazara təsadüf etdiyi üçün noyabrın 10-11-i də qeyri-iş günü olacaq.

Noyabrın 12-si isə bayramlardan sonra ilk iş günü olacaq.

Qeyd edək ki, Konstitusiya Günü (12 Noyabr) və Milli Dirçəliş Günü (17 Noyabr) isə iş günü olan bayram günləridir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA