Sabiq icra başçısı məhkəmədə ifadə verdi: "Qadınlarımızın hamısını yazıblar, xalasının belə adı var" - VİDEO
26-09-2025 [11:30]
14 il icra başçısı işləmiş Lütvəli Babayevin oğlu biznesmen Babəli Babazadəyə qarşı dələduzluqda ittiham olunan sabiq baş həkim Aruz Əliyev və onun tanışı Ehtiram Kərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Mia.az Teleqraf-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrlik etdiyi prosesdə İran vətəndaşı Tolpan Mahmudzadə şahid qismində ifadə verib.
O, ifadəsində göstərib ki, təqsirləndirilən Babəli Babazadə və Aruz Əliyev sənədləşmə işi ilə bağlı ona dostu Eldar vasitəsilə müraciət ediblər: "Torpağın reyestr xidmətində kodlaşma ilə bağlı sənədləşmə aparılmasını istəyirdilər. Özləri idarəyə müraciət etmişdilər, amma layihə qəbul edilməmişdi. Mənim şəhərsalma idarəsində tanışlarım vardı. İşin görülməsi üçün mənə heç bir vəd verməmişdilər. Sadəcə mən bu işin düzəlib-düzəlməməsi ilə maraqlandım".
Ehtiram Kərimov şahidin yalan danışdığını, ona işi görmək üçün pul verdiyini deyib: "Mən onunla 3-cü mikrorayon bazarında görüşdüm. Kafedə oturub söhbət elədik. Pulu sayıb verdim".
Şahid isə Ehtiram Kərimovu tanımadığını bildirib.
Qeyd edib ki, Aruz Əliyev torpağın alqı-satqısı ilə bağlı heç bir müraciət etməyib: "İş düzəlsəydi, bizi tanış edən Eldar adlı şəxsdən şirinlik alacaqdım".
Daha sonra şahid qismində Zərdabın və Mingeçevirin icra başçısı olmuş Lütvəli Babayev ifadə verib.

O, istintaqa verdiyi ifadəsini təsdiqləyib, məhkəmənin ədalətinə inandığını deyib: “Din dövlətdən ayrıdır. Amma dövlətin dini onun ədalətidir. Ədalətin özü isə Qurani Kərimdir. İnanıram ki, Qurani Kərimə xatir siz ədaləti qərar çıxaracaqsız”.
Sabiq icra başçısı qeyd edib ki, mühakimə olunan şəxslərlə heç bir qohumluğu, heç bir ədavəti yoxdur: “Hamısı oğlumun tanışlarıdır. Yazırlar ki, mənim oğlumun işlərindən xəbərdar deyiləm. Mən oğlumun bütün işlərindən xəbərdar olmuşam. Oğlum kamil bir insandır. Aruz onun etibarından istifadə edib. Buna görə də o da, biz də burdayıq. Oğlum Babəlinin görülən işlərlə bağlı verdiyi pulu Aruz mənimsəyib. Aruz və onun ətrafı... Bilmirəm, bu. Aruzdur, Ehtiramdır, Pərvizdir, yoxsa digər dostlardır. Qoy burada olan dostları da eşitsinlər...”.
Şahidin ifadəsinə Ehtiram Kərimov etiraz edib. Bildirib ki, adını çəkdiyi şəxslərdən Pərviz onların dostu deyil, Lütvəli Babayevin sürücüsü olub.
Lütvəli Babayev deyib ki, bu şəxslər istintaqa onların ailə üzvlərindən olan qadınların da adlarını veriblər: “İndiyənə qədər cinayət işində bunların anası, bacısı, nəslindən bir dənə qadın adı çəkilib? Amma bizim ailədə olan qadınların hamısının adını yazıblar. Hörmətli hakim, burada ad çəkdiz – Leyla Babayeva. O, mənim həyat yoldaşımdır, Babəlinin anasıdır. Xahiş edirəm, onun adını istinataqa verən şəxs nə qədər pul harada veriblərsə, onu sübut eləsin.
Bir də Babəlinin xalasının adını çəkiblər. Xala 11-ci sinfi bitirəndən sonra Türkmənistanda yaşayan bibisi oğluna ərə gedib. Onun indi nəvəsi də var. Allaha and olsun, onu siz görmüsünüzsə, mən də görmüşəm. Heç Babəli də onu görməyib”.
Şahidin sözlərinə görə, Aruz Əliyevin səsini özü yazıb, təsdiqlənmiş video-disk də var: “Həmin diskin əsli də sizdədir. Eyni zamanda işin bu səviyyə gəlib çıxmaması ilə əlaqədar onun dayısı, anası ilə görüşlərimiz olub. Aruzun anası bizim yanımızda dedi ki, Aruz get, Mingəçevirdəki evi sat, pulu ödə. Aruz da qayıtdı ki, bu iş mənimdir, mən özüm həll edəcəm.
Aruzun dayısı ilə də görüşmüşük. Ona demişəm ki, bacın oğlu belə bir iş görüb. Deyib ki, Aruz pulu verəcək.
Aruz mənim oğlumu Türkiyəyə yollayıb. Deyib ki, Moskvada əmlakım var, satılacaq, Türkiyədə həmin vəsait oğlumun adına qoyulacaq. Aruz mənimlə gedib Elmlər Akademiyasının yanındakı evi göstərdi. Ona dedim ki, Aruz, o evi mənim adıma keçir. Məni apardı, tikilən evin orta blokuna girdi, son mərtəbəyə qədər çıxdı, sonra bir əməkdaş gəlib dedi ki, bu həmin ev deyil. Halbuki Aruz evi göstərmişdi ki, buradan dənizə baxışı da var. Tamahkar hiyləgəri aldadır".
Sabiq icra başçısı qeyd edib ki, Aruz Əliyevlə tanışlığı Yasamaldakı ev məsələsi ilə bağlı məsələdən sonra yaranıb: "Onu oğlumun dostu kimi tanımışam. Aruz həmin dörvdə işə gələndə, oğlumun tanışlığı ilə işə götürülüb. Bunu özü yaxşı bilir. O da hədiyyə olaraq bir ərimiş tort aparıb”.
Lütvəli Babayevin sözlərinə görə, Ehtiram Kərimovun da, Aruz Əliyevin də ailə üzvləri ilə danışıqları olub: “Mən bu gün də onlarla düşmənçilik etmək fikrində deyiləm. Ehtiram mənim uşağımın həkimi olub. Ailənin etibarını qazanıb. Sonra da etibardan istifadə ediblər.
Bəzən deyirlər ki, oğlum uşaqdır, niyə atasının ondan xəbəri yoxdur. Yüz il əvvəl Böyük Britaniyanın baş nazirinin 21 yaşı vardı. Bu gün ölkəmizdə də cavan kadrlar var, onlar da vəzifədədirlər. Məni narahat edən məsələ ailəm haqqında kimin məlumat verməsidir, bu araşdırılsın. Dəfələrlə mənim adımı çəkirlər. Qoy çəksinlər. Mən bundan qorxan deyiləm. Bu onların özlərinə ziyandır. Çox üzr istəyirəm, bir xeyir işi misal gətirim. Gedərlər, qızın "həri"sini alarlar, toy edərlər, bəs toydan sonra dəvətnamə yazarlar? İndi bunlar birinci mənim şəkilimi veriblər”.
Bu zaman təqsirləndirilən şəxslərdən birinin vəkili İlqar Rüstəmov şahidin dediklərinə etiraz edib. Bildirib ki, şahid işə adiyyəti olmayan məsələlərdən danışır: “Bizim vaxtımız gedir. Hörmətli şahidə mən etiraz vermək istəyirəm. O, burada sözə zərərçəkən kimi başladı. Xahiş edirik ki, iclas təxirə salın, biz bu şahidə yazılı etiraz verəcəyik. Çünki o, özünü zərərçəkən kimi aparır. Bu şəxsin 20 dəqiqlik ifadəsində hansı sözü cinayət işi ilə əhəmiyyətli əlaqəsi var?”
Lütvəli Babayev isə iddia edib ki, obyektiv danışır, oğlunun ələ keçirilən pulunun geri qaytarılmasını istəyir.
Növbəti proses oktyabrın 30-da davam edəcək.
Qeyd edək ki, Babəli Babazadənin dostu Aruz Əliyev üçüncü şəxslə əlbir olaraq onun əmlaklarını 2 milyon manata sataraq pulunu mənimsəməkdə ittiham olunur.
Məsələ burasındadır ki, bu hadisə baş verməzdən əvvəl Babaəli Babayevin sahibi olduğu tikinti şirkətinin 1 milyon manat vergi borcu yaranıb. Bununla bağlı ona rəsmi məktub gəlib, verginin ödənilməli olduğu xatırladılıb. Bu məsələyə görə Babəli dostu Aruz Əliyevlə məsləhətləşib, ondan nə edə biləcəyini soruşub.
Aruz Əliyev özü həkim-cərrahdır. O, bu cinayətin üstü açılana kimi “Uniklinika”nın baş həkimi olub.
İddia olunur ki, Aruz külli miqdarda vergi borcu yaranmış Babəliyə ölkədən çıxmasının lazım olduğunu deyib. O, tanışı Ehtiram Kərimovla əlbir olaraq eks-icra başçısının oğlunun Türkiyəyə qaçmasına nail olub.
Babəli Türkiyədə yaşadığı müddətdə Bakıdakı əmlaklarını idarə etmək üçün Aruza etibarnamə verib. O, əmlakları satışa çıxarıb. Dediyinə görə, Aruz onun etibarından sui-istifadə edib. Aruz və Ehtiram Babəlinin əmlakını ümumilikdə 2 milyon manata satıblar, həmin pulu əmlakların sahibinə vermədən dələduzluq yolu ilə şəxsi mənafelərinə sərf ediblər.
Zərərçəkmiş şəxsin şikayəti əsasında baş həkim Aruz Əliyev və Ehtiram Kərimov polis əməkdaşları tərəfindən tutulub. Onlara dələduzluq maddəsinin ən ağır bəndi ilə ittiham irəli sürülüb, hər ikisi haqda həbs qərarı verilib.
İstintaq dövründə keçmiş icra başçısı Lütvəli Babayev də dindirilib. O, cinayət işi üzrə şahid qismində tanınıb.
Təqsirləndirilən şəxslər isə ittihamları qəbul etmirlər. Onlar deyirlər ki, zərərçəkmiş əmlaklarını könüllü satdırıb, pulunu da Türkiyədə xərcləyib. İttiham olunan tərəfin iddiasına görə, Babəli ailəsinin əmlakını satıb xərclədikdən sonra vəziyyətdən çıxmaq məqsədilə dostundan istifadə edib.
Digər məlumata görə, Babəli Türkiyəyə qaçmazdan əvvəl xırda xuliqanlığa görə 15 gün həbsdə qalıb. Buraxıldıqdan dərhal sonra isə ölkədən gedib.
Xatırladaq ki, Lütvəli Babayev 2005–2007-ci illərdə Mingəçevirin, 2007–2019-cu illərdə isə Zərdabın icra başçısı işləyib.
Qeyd edək ki, iki il əvvəl bu iş üzrə zərərçəkmiş Babəli Babazadənin Azərbaycandakı biznesini Rusiyaya köçürməsi barədə mediada məlumat yayılıb. Mətbuatdakı xəbərlərə görə, o, Moskvada “Liqa-Stroy” Məhdud Məsuliyyətli Cəmiyyətini (OOO LİQA-STROY) təsis edib.
Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılıb
İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib
Azərbaycan neftinin qiyməti 68 dollara çatdı
"Vatsap" proqramı bu gündən bəzi telefonlarda işləməyəcək - SİYAHI
“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Stokholmda avtobus dayanacağa girib - Çoxlu sayda ölü və yaralı var
BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib - Bəyanat
Super Liqadan səkkiz klub cəzalandırılacaq
Kylian Mbappe zədələndi
"Amazon"da kütləvi ixtisara start verildi - 14 min işçi yola salınır
Ərəstun Oruclu da Baş Prokurorluğa çağırılıb
Müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb - 5 maddə ilə
Azərbaycan əhalisinin sayı açıqlandı
Altay Göyüşov Baş Prokurorluğa çağırılıb - Açıqlama
Vaqif Allahverdiyev Baş Prokurorluğuna çağırılıb
Nazirliyin Şirvandakı zavodunda qəza: ölən var (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Qalatasaray"ın icarədə olan futbolçusu: "Geri dönməyəcəyəm"
RƏSMİ BAKI RUSİYAYA NOTA VERDİ - Rus səfir XİN-ə çağırıldı
Bakıda 2 tona yaxın yararsız ət aşkarlanıb
Türklər kimi ölkə başçısı görmək istəyir? - SORĞU
"Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
"Beşiktaş"da nə baş verir? - İlə 6 milyon avro sabit maaş alan futbolçu oyuna çıxmaqdan imtina edir
Prezident İlham Əliyev daha bir fərman imzaladı - AYNA ilə bağlı
Prezident Agentlik sədrinə yeni vəzifə verdi - Fərman
"Bakı Metropoliteni"ndə daha bir dəyişiklik - Yeni rəis kimdir?
Baltalanan qadın İcra Hakimiyyətinin mühasibi imiş
BU SAAT 2.3 MİLYON MANATA SATIŞA ÇIXDI - FOTOLAR
Bakıda narkotik satışı ilə məşğul olunan şəxslər saxlanılıb
Türk ölkələrinin kəşfiyyat rəhbərləri Xankəndidə: "Məlumat mübadiləsinin daha intensiv aparılması vacibdir" - FOTOLAR
Azərbaycanın Ukraynadakı səfirliyinin binası və maşınlarına ciddi ziyan dəyib - Rusiyanın hücumu nəticəsində + FOTOLAR
“ARB TV” MMC-nin fəaliyyətinə xitam verilir
“Bakı Metropoliteni” 586 min manatı "məsləhət"ə xərcləyəcək
"Səs” qəzeti fəaliyyətini dayandırıb? - Bir-birini təkzib edən açıqlamalar (Yenilənib)
Nizami rayonunda sürətlə artan qanunsuz tiklilər və ya icra başçısının istehza doğuran qərarı...
Xankəndidə mənzillər satışa çıxarılacaq
Adnan Əhmədzadənin Ramiz Mehdiyevin nəvəsi ilə əlaqəsi... - Sensasiyalı iddia yayıldı
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib - Müzakirə
Qadın tualetində gizli kamera tapıldı - FOTO