İlham İsmayıl sərbəst buraxılıb - Açıqlama (Yenilənib)
26-09-2025 [13:56]
Ekspert İlham İsmayıl sərbəst buraxılıb.
Mia.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə onun barəsində həbs növündən olmayan digər qətimkan tədbiri seçilib.
***
Keçmiş MTN zabiti, siyasi ekspert İlham İsmayıl hazırda azadlıqdadır.
Mia.az-ın məlumatına görə, bu barədə o, Musavat.com-a açıqlama verib.
Bildirib ki, onun haqqında mediada yayılan məlumatların əksəriyyəti həqiqətə uyğun deyil və əsassızdır.
İlham İsmayıl vurğulayıb ki, heç kimə qarşı dələduzluq əməli həyata keçirməyib və bu iddialar tamamilə yalandır.
Onun sözlərinə görə, hazırda məsələ ailə üzvlərindən birinin biznesində yaranan çətinliklərlə bağlıdır və bu çətinliklər nəticəsində mövcud olan borcla əlaqədardır. Məhz həmin borc məsələsi çərçivəsində ondan da izahat alınıb.
İlham İsmayıl əlavə edib ki, yaxın vaxtlarda bu məsələ ilə bağlı mediaya geniş açıqlama veriləcək.
***
Tanınmış ekspert İlham İsmayıl saxlanılıb.
Mia.az "Unikal"a istinadla xəbər verir ki, İlham İsmayılın oğlu Cavidan İsmayılzadə zərərçəkmiş Emin Məmmədzadəyə Almaniyadan avtomobil gətirəcəyinə dair vəd verib. Vəd edilən avtomobil 2018-ci il istehsalı və dəyəri 54 min ABŞ dolları olan "Range Rover" imiş: "...İ.İsmayıl E.Məmmədzadədən ilkin olaraq 20 min ABŞ dolları (34 min manat) alıb. Bir müddət sonra maşının ölkəyə gətirilmədiyini görən E.Məmmədzadə məsələ ilə bağlı polisə şikayət edib.
Dələduzluq faktı ilə əlaqədar İlham İsmayıl barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. O, ötən gün Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb".
Mia.az-ın əldə etdiyi məlumata görə, şikayətçi Emin Məmmədzadə 90-ların məşhur milyonçusu, "Yelmarbank"ın sahibi, mərhum Yelmar Məmmədovun oğludur.
Yelmar Məmmədov
Onu da bildirək ki, Yelmar Məmmədov 12 aprel 1995-ci ildə Daşkənddə üçüncü həyat yoldaşı ilə birlikdə müəmmalı şəkildə vəfat edib. O zamanın xəbərlərində deyilirdi ki,, onlar yatdığı zaman otağa qaz sızıb və bu səbəbdən vəfat ediblər.
MİA.AZ
CHP Gürsel Təkini partiyadan qovub
Nazirlikdən hava şəraiti ilə bağlı əhaliyə - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Rəsmi Moskvadan Trampın Ərdoğana “Rusiyadan neft alışını kəs" çağırışına - Reaksiya
Milli Qəhrəmana həsr edilmiş tamaşanın premyerası olub
Fransa şokda - Dünya çempionu oğurluqda ittiham olunur
Serxio Buskets yaşıl meydanla vidalaşır: "Müqavilə yenilənməyəcək"
"Liverpul"dan ibarətlik addım - Qəzada ölən oyunçunun bütün maaşı ailəsinə ödənilib
Abşeronda qətl törədən ata-balanın cinayət işi məhkəməyə göndərilib
Vilayət Eyvazov və DİN-in rəhbər heyəti Zəfər parkında - VİDEO
"MEDİA könüllüləri" proqramına qeydiyyat elan olunub
Ərdoğan: "Tramp da vəziyyətin belə davam etməyəcəyini bilir"
Məzahir Pənahov Moldovada seçki prosesini izləyəcək
Gəncə-Mingəçevir-Ağstafa marşrutu üzrə qiymət açıqlanıb
İlham İsmayıl sərbəst buraxılıb - Açıqlama (Yenilənib)
Milli Məclisdə dərsliklərlə bağlı ictimai dinləmə keçiriləcək
İsrail ordusu Qəzzaya 140-dan çox hava zərbəsi endirib
"50 qəpik Anar Rzayevin özü üçün azdır, millət üçün az deyil axı" - Deputat AYNA sədrinə etiraz etdi
Sabah hava necə olacaq? - Proqnoz
Fuad Rəfiyev müşavir təyin edilib
Azərbaycanlı aparıcı 4-cü dəfə ərə gedir - VİDEO
"Jurnalistlərin Binası"nda qalmaqal yaradan "CityNet"... - İndi də redaksiyanı internetsiz qoyub
Sabiq icra başçısı məhkəmədə ifadə verdi: "Qadınlarımızın hamısını yazıblar, xalasının belə adı var" - VİDEO
2026 Dünya Çempionatının "Maskot"ları belə olacaq - FOTOLAR
Bakıda estetik əməliyyat olunan qadının bədəni çürüyür - VİDEO
"Kanal rəhbərliyi çağıranda, deyirdim ki, sözünüz varsa, telefonla yığ" - "Universitet müəllimlərindən 10 dəfə çox qazanıram"
"Leyli və Məcnun" operası əsasında film çəkilməsi təklif olunub
"Amazon"a tarixi cəza - 2,5 milyard dollar ödəyəcək
III MDB Oyunları: Azərbaycanın bayraqdarları bəlli oldu
3 ay əvvəl təyin olunmuşdu - Mətbuat katibi vəzifədən azad olunub
Azərbaycan nefti bahalaşıb
Suriyadan 7 Azərbaycan vətəndaşı ölkəyə gətirilib
"Azərsun Holdinq"lə bağlı daha bir iddia yayıldı - FOTOLAR
"Qalatasaray"ın prezidenti: ""Liverpul"a qalib gələcəyik"
Rusiya və Qərb arasında hərarət artır - Şahin Cəfərli Trampın yeni tələblərindən yazır
Türk Hava Yolları ABŞ-dan 225 "Boeing" alacaq - Trampla Ərdoğan nəhəng anlaşmaya imza atıb
Avropa Liqası: 9 oyun oldu, hansı komandalar əlidolu döndü?
"Can Holdinq"in rəhbər yenidən saxlanılıb
Ərdoğan ABŞ-dan ayrılıb
Türkiyə və ABŞ arasında nüvə sahəsində əməkdaşlıq sazişi imzalandı - Nazirdən açıqlama