İTLƏRƏ HƏR GÜN ÜÇÜN 1.5 AVRO VERGİ ALINACAQ - İtaliyada turistləri sürpriz gözləyir

img

25-09-2025 [10:33]


İtaliyanın şimalındakı Bolzano şəhərində 2026-cı ildən etibarən turistlərin yanları ilə gətirdiyi itlərə vergi tətbiq olunacaq.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qərara əsasən, turistlər yanlarında olan itlərə görə hər gün 1.5 avro ödəniş etməli olacaqlar.

Yerli meriya qərarı itlərin şəhərin park və ictimai yerlərini zibilləməsi və bu səpkidə artan narazılıqlarla əsaslandırıb.

Bundan başqa, yeni qaydaya əsasən, şəhərdə yaşayan it sahibləri də hər il 100 avro vergi ödəyəcəklər: "Həmçinin, it sahiblərindən qeydiyyat tələb olunur. Qeydiyyata düşməkdən yayınanları isə 600 avrpo cərimə gözləyir"

Lamiyə Əhmədli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA