Ərdoğan ABŞ-da: "Trampla regional müzakirələr aparacağıq" - FOTO

img

22-09-2025 [00:37]


Türkiyə prezidenti Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında iştirak etmək üçün ABŞ-a gedib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Nyu Yorkdakı Türk Evi qarşısında türklər tərəfindən çoşqu ilə qarşılanan prezident Ərdoğan burada açıqlama verib.

ABŞ-a xanımı Əminə Ərdoğan, səhiyyə naziri Kamal Memişoğlu, sənaye və texnologiya naziri Mehmet Fatih Kacır, ticarət naziri Ömer Bolat, xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, xəzinə və maliyyə naziri Mehmet Şimşək, ailə və sosial xidmət naziri Mahin Yaşar Özer, Milli Müdafiə naziri Yaşar Gülər, kommunikasiyalar direktoru Burhanəddin Duran, prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç və Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım və digər rəsmilərlə yollanan Ərdoğan bildirib ki, ABŞ prezidenti Donald Trampla da görüşəcək: "Onunla  Suriya başda olmaqla regional məsələləri müzakirə edəcəyk. Yaxın Şərqdə atılan hər bir addım bizim üçün həyati əhəmiyyət kəsb edir. Bunları müzakirə etmək bizim üçün çox vacibdir. Təbii ki, cənab Trampla bunları birgə üzakirə etmək çox mühimdir".

Lamiyə Əhmədli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA