İtaliyadan İsrailə gözlənilməz zərbə - Turizm sərgisinə buraxılmadılar

img

22-09-2025 [09:01]


İtaliyanın Rimini şəhərində Oktyabr ayında keçiriləcək turizm sərgisində İsrailin stendinə icazə verilməyəcək.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qərarı Riminidə sərgnin təşkilatçıları və yerli bələdiyyə verib.

Məlumatda deyilir ki, bu barədə israil tərəfinə rəsmi məktubla məlumat verilib.

İsrail tərəfi isə qərarı qərəzli adlandırıb və İran faktoruna diqqəti çəkib: "Bu qərar əslən İrandan olan və 2021-ci ildə Demokratik Partiyadan Rimini şəhərinin meri seçilən Sadegholvaadın təsiri ilə qəbul edilib. Qərar qəbuledilməz və qərəzlidir..."

İtaliyanın turizm naziri Daniela Santançe  də qərardan təəccübləndiyini deyib

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA