Ali Koç yola salındı - "Fənərbağça"nin yeni prezidenti bu qədər səslə qalib gəldi

img

22-09-2025 [00:03]


"Fənərbağça"da yeni prezident seçilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, növbədənkənar seçkidə klubun bu ana qədərki prezidenti Ali Koçun yeganə rəqibi Sadettin Saran 257 səs fərqi ilə qalib gəlib.

Bununla da Sadettin Saran Ali Koça qalib gələrək "Fənərbağça"nın yeni prezidenti seçilib.

Xatırladaq ki, seçkidə 24 min 800 nəfər sıəs verib. Onlardan 12113 nəfəri Ali Koça, 12331 nəfəri isə Sadettin Sarana etimad göstərib.

Məlumatda o da deyilir ki, yeni prezident klubun İdarə Heyətinə öz komandasını təklif edib:

Adem Köz, Orhan Dəmirəl, Taner Sönmezer, Ahmet Murat Emanetoğlu, İlker Alkun, Burçin Gözlüklü, Ali Gürbüz, Ertan Torunoğulları, Murat Salar, Ufuk Şansal, Olcay Doğan, Cem Ciritçi, Erdem Sezer, Ozan Vural, Ertuğen Yorgen, Ertuğen Y. Gökhan Taşkaya, İlker Arslan, Zeynep Yalım Uzun, Serhan Yılmaz

Fərid Əhmədov
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA