Bakıda tikinti şirkətinin rəhbəri axtarışa verildi

img

13-09-2025 [12:24]


Külli miqdarda dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib.

Mia.az "Report"a istinadla xəbər verir ki, "VİKTORİYA-313" tikinti şirkətinin rəhbəri Əliyev Arzuman İsa oğlu barəsində dələduzluq maddəsi ilə qiyabi həbs qətimkan tədbiri seçilib və tutularaq saxlanılması ilə bağlı axtarış elan edilib.

Qeyd edək ki, A.Əliyev bir neçə il qabaq dələduzluq ittihamı ilə həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Lakin Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun cəzası şərti hesab edilərək sınaq müddəti seçilib.

Bir müddət sonra A.Əliyev Azərbaycanı tərk edib. Onun barəsində yeni hallarla bağlı cinayət işi başlanılıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA