Aİ-dən Rusiyaya açıq çağırış: "Müharibədən əl çək, geri çəkil və masaya otur!"

img

09-09-2025 [12:50]


Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Qərbin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı dəyişməz mövqeyi olduğunu açıqlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, Avropa Parlamentinin (AP) yay tətilindən sonra keçirilən ilk Plenar iclasında Ukraynaya həsr olunmuş sessiyada çıxış edib.

Çıxışında son bir neçə ayda Ukraynada müharibəni bitirmək üçün beynəlxalq səylərin artığını qeyd edən Kallas təəssüflənib ki, Rusiya buna müsbət yanaşmaq əvəzinə, daha aqressiv reaksiya verib: "Baxın, son günlər Rusiya bu müharibənin bu günə qədərki ən böyük hava hücumlaırnı həyata keçirir. Deməkki, Rusiya prezidenti Vladimir Putinin sülhdə heç bir marağı yoxdur. O, məcbur qalmasa, müharibəni dayandırmayacaq. Biz onu buna məcbur etməliyik. Rusiyaya - Putinə mesajımız sadədir: bu müharibədə Ukraynanı məğlub etmək mümkün deyil. Döyüş meydanını tərk edin, savaşı dayandır və Ukrayna ilə masaya oturun!"

Kallas Aİ və üzv ölkələrin müharibənin başlanğıcından bəri Ukrtaynaya təxminən 169 milyard avro maliyyə dəstəyi, o cümlədən 63 milyard avrodan çox hərbi dəstək verdiyini xatırladıb: "Sülh əldə edildikdən sonra Rusiyanın yenidən silahlanmasına və hücuma keçməsinə icazə verilməməlidir. Qərb həm bu, həm də Ukraynaya təhlükəsizlik zəmanəti verilməsi məsələsində yekdil fikirdədir və bu dəyişməzdir".

Samir MUSAYEV
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR