Rəsmi Moskva görüş ehtimalının üzərindən xətt çəkdi: "Putinlə Tramp arasında bu məsələdə razılıq yoxdur"

img

02-09-2025 [00:17]


"Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski ilə üçtərəfli və yaa ikitərəfli görüş barədə razılığa gəlmədi".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Putinin xarici siyasət üzrə müşaviri Yuri Uşakov “Rossiya” dövlət televiziya kanalına müsahibəsində deyib.

O, Putinin ABŞ prezidenti Donald Trampla Alyaskadakı görüşdə ikili və ya üçlü görüşlə bağlı ilkin razılıq olduğunu təsdiqləyib: "Lakin sonrakı proseslərdə Rusiya ilə Ukrayna arasında danışıqların səviyyəsini yüksəltmək üçün konkret təkliflər olmadı. Amerikalılar bizə bu məsələni öz aralarında müzakirə edəcəklərini, sonra isə  bəzi təkliflər verəcəklərini dedilər. İndi mediada çox şey yazırlar. Ancaq indiyə qədər mətbuatda dərc olunanlar bizim razılaşdığımız şey deyil. Onlar üçtərəfli görüşdən, Putinlə Zelenskinin görüşündən danışırlar. Amma bildiyimə görə, Putinlə Tramp arasında bu məsələdə razılıq yoxdur. Üstəlik, bu cür qarmaqarışıq durumda görüş gözləntiisi də yoxdur".

Samir MUSAYEV
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR