Gənclər Liqası və U-17 Liqada 2025/2026 mövsümünün püşkü atılıb

img

29-08-2025 [17:37]


AFFA-nın bayrağı altında təşkil edilən Gənclər Liqası və U-17 Liqada 2025/2026 mövsümünün püşkü atılıb.

Mia.az AFFA-ya istinadlax xəbər verir ki, Gənclər Liqası 12 komandanın iştirakı ilə iki mərhələdən ibarət olacaq. Birinci mərhələ iki dövrədən ibarət dairəvi sistemlə keçiriləcək.

İkinci mərhələdə komandalar A və B qrupuna bölünəcəklər. A qrupunun qalibi ölkə çempionu olacaq.

AFFA U-17 Liqası isə 15 komandanın iştirakı ilə iki mərhələdən ibarət olacaq. İki dövrəli birinci mərhələnin A qrupunda 7, B qrupunda 8 komanda mübarizə aparacaq. Qruplarda ilk 4 yeri tutacaq kollektivlər ikinci mərhələdə A qrupunda çempionluq uğrunda mübarizə aparacaqlar. Digər komandalar isə B qrupunda yarışacaqlar. İkinci mərhələ də iki dövrədən ibarət olacaq.

Gənclər Liqasında I turun təqvimi

"Araz-Naxçıvan" – "Qarabağ"

"Qəbələ" – "European"

"Neftçi" – "Zirə"

"Şamaxı" – "Kəpəz"

"Sumqayıt" – "Turan Tovuz"

"Dinamo" (Bakı) – "Sabah"

U-17 Liqada I turun təqvimi

A qrupu

"Lion" – "Dinamo" (Bakı) FK

"Neftçi" – "Araz-Naxçıvan"

"Qarabağ" – "Şəfa"

Qeyd: "Turan Tovuz" ilk turu buraxacaq

B qrupu

"Kəpəz" – "Universal"

"Zirə" – "Qəbələ"

"Sabah" – "Şamaxı"

"Sumqayıt" – "European"

Qeyd edək ki, hər iki liqada I turun oyunları sentyabrın 13-14-də keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 13.10.2025

Qarsa qar yağıb - FOTO

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA