Şəbnəm Tovuzlu və aparıcı Rusiyaya buraxılmadı - 6 saat sonra geri qaytarıldılar (VİDEO)

Şəbnəm Tovuzlu və aparıcı Rusiyaya buraxılmadı - 6 saat sonra geri qaytarıldılar (VİDEO)

ŞOU-BİZNES

29.08.2025, 17:06

Müğənni Şəbnəm Tovuzlu və aparıcı Çinarə Əliyevanın həyat yoldaşı Ruslan Rəsulun Rusiyaya girişinə icazə verilməyib.

Bu barədə məlumatı müğənni “Instagram” hesabında paylaşıb.

Şəbnəm Tovuzlu hava limanından etdiyi paylaşımda artıq 6 saatdır aeroportda gözlədiklərini və ölkəyə daxil olmalarına icazə verilmədiyini bildirib.

Qeyd edək ki, ötən gün meyxanaçı Namiq Qaraçuxurlu da Rusiyada hava limanında bir neçə saat saxlanıldıqdan sonra geriyə qaytarılıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR