“Qarabağ”ın duaya ehtiyacı var … - Təbriz VƏFALI YAZIR
29-08-2025 [15:39]
Təbriz VƏFALI
***
Dünya çempionatının finalında Braziliya və Argentina oynamağa hazırlaşırmış. Jurnalistlər oyunu izləməyə gəlmiş dünya futbol tarixinin əfasanəvi futbolçularından biri, 3 dəfə dünya kubokunu qazanmış Peledən (Edson Arantes do Nasçimento) soruşurlar ki, bəs hansı komanda dünya kubokunu qazanacaq. Pelə sakitcə cavab verir ki, oyun qurtarsın, sonra nəticəni deyəcəm. Futbolda hər şey mümkündür…
2025-2026-cı illər üzrə UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində, bütün play-off mərhələ oyunlarında Azərbaycanın “Qarabağ” futbol komandası böyük əzmkarlıq nümayiş etdirərək güclü komandasından biri olduğunu sübuta yetirdi.
UEFA-nın Monakoda yerləşən inzibati binasında təşkil olunan UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkatma mərasimi baş tutub. Turnirdə Azərbaycanı təmsil edən “Qarabağ”ın rəqibləri bəlli olub. IV səbətdə yer alan Ağdam təmsilçisinin bu mərhələdəki rəqibləri İngiltərədən “Çelsi”, “Liverpul”, Portuqaliyadan “Benfika”, Almaniyadan “Ayntraxt”, Niderlanddan “Ayaks”, İtaliyadan “Napoli”, İspaniyadan “Atletik” və Danimarkadan “Kopenhagen” komandaları olub.
Püşkatmanın nəticələri bəlli olandan üzübəri sosial şəbəkələrin əksər azərbaycanlı istifadəçiləri öz statuslarında rəqiblərin Avropanın ən güclü komandaları olduqlarını, “Qarabağ”ın uğur qazanacağına inanmadıqlarını, futbol komandamızın bütün rəqiblərinə uduzacağını açıq-aşkar yazırlar və bilməyərəkdən digər sosial şəbəkə istifadəçilərində də inamsızlıq yaratmaqdadırlar.
Şübhəsiz ki, rəqiblər UEFA Çempionlar Liqasında dəfələrlə öz güclərini sınamış peşəkar klublardır. Onların güclü maddi dəstəyi peşəkar futbolçuların transferində stimullaşdırıcı rol oynayır. Amma unutmayaq ki, “Qarabağ” da kifayət qədər təcrübəli futbol komandasıdır. Bu səbəbədən də Keçmiş SSRİ respublikalarından yalnız “Qarabağ” və Qazaxıstanın “Kayrat” komandaları, türkdilli dövlətlərdən də hər iki komandadan başqa qardaş Türkiyənin “Qalatasaray” komandası UEFA Çempionlar Liqasında yarışacaq. Çempionlar Liqasının liqa mərhələsində yarışacaq 16 ölkənin komandaları arasında Şotlandiya, İsveçrə, Bolqarıstan, Rumıniya, Avstriya, Finlandiya, Macarıstan, İsveç, Serbiya, Xorvatiya, Ukrayna, Rusiya və digərlərinin futbol klubları yoxdur.
Bu baxımdan Avropanın belə bir nüfuzlu turnirində təmsil olunması “Qarabağ”ın kifayət qədər nüfuzlu və təcrübəli komanda olduğuna dəlalət edir. Hər il futbol reytinq cədvəlində Azərbaycanın və “Qarabağ”ın xalının artmasında Ağdam təmsilçisinin əvəzsiz və danılmaz xidmətləri var.
İnamsızlıq məsələsinə gəlincə, bunu yersiz hesab edirəm. Çünki Pelenin dediyi ki, futbolda hər şey mümkündür. Adicə bir fakt deyim. 1999-2000-ci illər üzrə keçilirilmiş UEFA Kuboku uğrunda yarışlara qatılanda “Qalatasaray”ın zəif oyunlar sərgiləməsindən narahat olan fanatları, o cümlədən Türk Dünyasının adıçəkilən komandaya olan ümidləri məhv olmaqda idi. “Qalatasaray”ın yalnız azarkeşlərin dəstəklərinə, dualarına ehtiyacı var idi. Və nəhayət, böyük inam yarandığı üçün qardaş ölkənin komandası finala qədər yüksəldi və finalda “Arsenal”ı yenərək UEFA kubokunu, daha sonra “Real Madridi məğlub edərək UEFA Super Kubokunu qazandı.
Ona görə də “Qarabağ”ın gücünə, peşəkarlığına inanmaq və oyunçularımıza uğurlar arzulamaq lazımdır. Çünki inam görüləcək işin yarısı deməkdir.
Artıq bir neçə gündür ki, türkdilli dövlətlərin vətəndaşları, türk futbolunun dahiləri sosial şəbəkələrdə “Qarabağ”a uğurlar arzulayırlar və ona inandıqlarını dilə gətirirlər. Biz də bu yolu seçməliyik. Çünki “Qarabağ”ın ruh yüksəkliyinə, dəstəyimizə, duamıza ehtiyacı var, gəlin, dəstəyimizi, duamızı komandamızdan əskik etməyək, onu qələbəyə səsləyək.
Uğurlar olsun, “Qarabağ”. İnanırıq ki, yeni zəfərlərlə Azərbaycan futbolunun tarixində yeni səhifələr açacaq və komandamızı Avropada yeni zirvələrə qaldıracaqsan.
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub