Könül Kərimova: “Uğurlu liderlik sadəcə sürət deyil, doğru istiqamətdir” - MÜSAHİBƏ
15-05-2025 [15:58]
Veysəloğlu Şirkətlər Qrupunun Maliyyə direktoru Könül Kərimova sürətlə dəyişən biznes dünyasında liderlik anlayışını öz baxış bucağından təqdim edir.
Onun sözlərinə görə, əsl liderlik yalnız nəticələrin sürəti ilə ölçülmür – əsas olan düzgün istiqaməti seçmək, insanlara ilham vermək və uzunmüddətli dəyər yaratmaqdır.
- Uğurlu liderlik sizin üçün nə deməkdir?
- Mənim üçün liderlik, ilk növbədə, gələcəyi aydın şəkildə görməkdir. Lider bu vizionu qəlbində hiss etməli, ona inanmalı və hər addımında bu həvəsi yaşatmalıdır. Əgər rəhbərin özü ruhlanmırsa, heç vaxt başqalarına da ilham verə bilməz.
Sonra bu vizionu komanda, tərəfdaşlar və maraqlı tərəflərlə bölüşmək gəlir. İnsanlar yalnız o zaman eyni enerjini hiss edə bilirlər. Və ən sonda – məqsədə aparan dəqiq yol xəritəsi qurmaq vacibdir. Mənim üçün liderlik vizion, ilham və sistemli fəaliyyətin vəhdətidir.
- Niyə liderliyin sürətdən çox istiqamətlə bağlı olduğuna inanırsınız?
- Sürət, bəli, vacibdir. Amma yalnız doğru istiqamət seçildikdə fayda gətirir. Mənim təcrübəmdə bunun həm müsbət, həm də mənfi nümunələri olub.
Bir dəfə bir layihəyə çox tələsik başladıq. Qrafik sərt idi, amma ideyanı kifayət qədər analiz etməmişdik. İşin ortasında gördük ki, xərclər faydadan dəfələrlə çoxdur. Nəticədə tələskənlik bizə baha başa gəldi və hər şeyi dayandırıb planı yenidən qurmağa məcbur olduq.
Tam əks vəziyyəti telekommunikasiya sektorunda yaşadım. İdeya doğrudur, istiqamət düzgün idi, amma qərarların gecikməsi səbəbindən layihə dayandı. Biz bazara çıxanda rəqib artıq irəlidə idi. Onları yaxalamaq üçün həm layihəyə, həm də müştəri qazanmağa böyük sərmayə qoymalı olduq.
Bu hadisələr mənə öyrətdi ki, sürət yalnız düzgün istiqamətlə birləşəndə dəyər yaradır. Əks halda ya resursları boşa xərcləyirsən, ya da fürsəti əldən verirsən. Liderin əsas rolu isə məhz bu incə məqamı düzgün ayırd edə bilməkdir.
– Sürət təzyiqini uzunmüddətli vizionla necə tarazlamaq olar?
- Bu, lider olaraq tez-tez qarşılaşdığım ən böyük çətinliklərdəndir. Çox vaxt qərar “indi və dərhal” tələb edir. Xüsusilə də inkişaf etməkdə olan bazarlarda.
Mənim yanaşmam budur: hər bir qərara həm bu gün, həm də sabahın prizmasından baxmaq lazımdır. Bu addım bu gün nəyi dəyişəcək? Sabah bizə nə qazandıracaq? Yalnız hər iki tərəfi analiz etdikdə sürətlə strategiya arasında sağlam tarazlıq tapmaq mümkündür.
– Planın doğru sürətlə və düzgün istiqamətdə getdiyinə necə əmin olursunuz?
- Düzünü desəm, planlar çox vaxt nəzərdə tutulduğu kimi getmir. Amma icranı səmərəli etmək üçün mexanizmlər vacibdir. Necə ki, səyahət edərkən hədəfə çatmaq üçün aydın marşrut lazımdır, biznesdə də yol xəritəsi, mərhələlər və dəqiq addımlar vacibdir.
Burada əsas məsələ göstəricilərdir. Hər mərhələnin niyə vacib olduğunu və bizə nə qazandıracağını dəqiq müəyyənləşdirmək lazımdır. Müştəri sayı, xidmət keyfiyyəti, əməkdaş məmnuniyyəti, bazar payı, istifadəçi statistikası – bunların hər biri layihədən asılı olaraq uğurun meyarına çevrilə bilər. Əgər nəticələr vaxtında və planla üst-üstə düşürsə, deməli, yolumuz da, sürətimiz də doğrudur.
– “Doğru istiqaməti” komandanıza necə çatdırırsınız?
- Əvvəlcə liderin özü inamlı olmalıdır. Əgər sən gördüyün işin yalnız maaş və vəzifə deyil, cəmiyyət və insanlar üçün real dəyər yaratdığına inanırsansa, o ruh başqalarına da keçir.
Məsələn, bu gün mən pərakəndə sektorunda maliyyə direktoru kimi çalışıram, çünki inanıram: pərakəndə yalnız iqtisadiyyat üçün deyil, həm də insanların rifahı, yeni liderlərin və peşəkarların yetişməsi üçün vacib bir platformadır. Bu inamla hər təşəbbüsü paylaşmaq daha asandır: sən sadəcə addımları izah etmirsən, həm də niyə vacib olduğunu göstərirsən.
– Liderlik haqqında ən çox yayılmış yanlış təsəvvür nədir?
- Ən çox rast gəlinən yanlış təsəvvür budur: guya lider hər şeyi bilməlidir. Mənim üçün liderlik – hər şeyi bilirmiş kimi davranmaq deyil, düzgün suallar vermək və insanların öz fikirlərini sərbəst ifadə edə biləcəyi mühiti yaratmaqdır.
Karyeram boyu gördüyüm ən yaxşı ideyalar məndən yox, özünü inamlı hiss edən əməkdaşlardan gəlib. Buna görə də inanıram: liderin əsas missiyası başqalarının yaradıcılığını və zəka potensialını üzə çıxarmaqdır.
– Gələcəkdə liderlik üçün hansı keyfiyyətlər ön planda olacaq?
- Məncə, gələcək onilliyin lideri üç əsas keyfiyyətə sahib olmalıdır: çeviklik, empatiya və vizion. Dünya hər zamankından daha sürətlə dəyişir və lider əsas istiqaməti itirmədən uyğunlaşmağı bacarmalıdır.
Eyni zamanda, empatiya getdikcə daha vacib olur – insanlar liderdən təkcə nəticə deyil, həm də dinləməyi, qayğı göstərməyi gözləyirlər. Və əlbəttə ki, vizion – liderin əbədi kompasıdır. Onsuz sürət də, çeviklik də asanlıqla xaosa çevrilə bilər.
Qısacası, gələcəyin uğurlu liderləri çevik düşünən, insanlarla dərin bağ quran və hamını aydın, mənalı bir gələcəyə aparan rəhbərlər olacaq.
MİA.AZ
“Azərsun Holdinq“in daha bir şirkətinin borcu çıxdı - FOTOLAR
PREZİDENT və BİRİNCİ XANIM KƏLBƏCƏRDƏ: açılış, təməlqoyma və sakinlərlə görüş olub - FOTOLAR + YENİLƏNİR
AFFA rəsmiləri növbəti təyinat alıblar
Siyəzən rayonunda zəlzələ olub
Təhlükəsizlik Xidmətinə rəis təyinatı oldu
Partiya sədri: "Tikintiyə bu qədər orqan nəzarət edir, amma..." - "Nəyin müqabilində bu qanunsuzluğa göz yubublar?"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ölkədə internet problemi niyə yarandı? - "Delta Telekom"a genişmiqyaslı kiberhücum olub
"Aztelekom" internet problemi ilə bağlı məlumat yaydı
Gəncədə dəmir konstruksiya aşdı - 3 nəfər xəsaərt aldı - FOTOLAR
Xankəndi sakini Bakıda ermənilərin məhkəməsində elə faktları sadaladı ki... - "Ərimin başını kəsdilər" - "Cəlil kişinin hamilə gəlininin isə..."
"Konyaspor" Cekson Muleka ilə müqavilə imzaladı
"Roma" sağ cinah hücumçusunu icarəyə götürüb
Müğənni Rəqsanə İsmayılovaya "yox" dedi - Azı 4 ay həbsdəq alacaq
Ole Qunnar Solskjaer: "Bu həftə diqqətimiz Avropadadır"
Abşeronda ər arvadını öldürüb - Daha sonra isə öz canına qıyıb
Prezident İlham Əliyev Ağdərədə - Yenilənir
"Bornmut" Amine Adli ilə bağlı məlumat yayıb
Serdal Adalı: "Lazımlı transferləri edəcəyik"
İXTİSAS SEÇİMİ: nəticələr nə vaxt elan olunacaq? - AÇIQLAMA
Müğənni bu fotosu ilə qalmaqal yaratdı, dindarlar etiraz etdi - "Həddini bil!" (FOTO)
Məşhur "Ramiz dayı" restorana "xərac" kəsdiyi üçün saxlanıldı - "Dayı"nın görüntüləri yayıldı (VİDEO)
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb - Müzakirə + FOTO
İlham Əliyev: "Ermənistan-Azərbaycan normallaşması prosesi demək olar ki, başa çatıb"
Sabahın hava proqnozu açıqlanıb
MN: "Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək"
Aparıcıdan müğənnilərə məktəbli forması ilə bağlı xəbərdarlıq: "Guya iki yüz manat verib iki uşağa..."
Rəşad Məcidin 60 illiyinə həsr olunmuş “Qala adam” kitabı çap olunub
Rəqsanə İsmayılovanın ərinin ifadəsi alınıb
İDARƏ MÜDİRİ DİGƏR QURUMDA NAZİR MÜAVİNİ OLDU, ANCAQ... - Daha bir tender qalmaqalı, qalib kimdir?
Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndirilir - Sərəncam
Şəmkirdə kütləvi zəhərlənmə olub - Açıqlamalar (Yenilənib)
SOCAR qeyri-sabit hava ilə bağlı təhlükəsizliyi gücləndirib
SOCAR-ın yeni rəhbərliyindən Rövnəq Abdullayevə daha bir zərbə - Ailə üzvünə məxsus bank niyə çökdürülür?
Qətl, şantaj, dələduzluq... - “Ulduz”u sönən məşhurlar
Bakıda bəzi ərazilərində ağacları qurd basıb - Açıqlama
FHN-dən əhaliyə küləklə bağlı - Xəbərdarlıq
Sumqayıtda silahlı insident: “Toyota Prado”nun sahibi 43 yaşlı şəxsi döydü, daha sonra isə...
Azərbaycan nefti bahalaşır
Muğlada qayıq batıb: 6 nəfər xilas olunub, 2 uşaq isə itkin düşüb