"Sanderland" Nordi Mukieleni heyətinə qatıb

img

18-08-2025 [13:53]


İngiltərə Premyer Liqa komandası "Sanderlend" "PSJ" klubundan Nordi Mukiele ilə müqavilə imzalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Sanderlend" 27 yaşlı fransız futbolçu ilə 4 illik müqavilə imzalandığını açıqlayıb.

Transferin 12 milyon avroya başa çatdığı iddia edilir.

Ötən mövsüm icarə əsasında "Bayer Leverkuzen"də çıxış edən fransalı sağ cinah müdafiəçisi 24 oyunda 2 qol vurub.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA