Pakistanda daşqın: ölənlərin sayı 351-ə çatıb

img

18-08-2025 [00:13]


Pakistanın şimalında leysan yağışları fəlakətə səbəb olub.

Mia.az xarici mətbuiata istinadla xəbər verir ki, daşqınlar Hayber Paxtunxva əyalətində 328, Gilgit Baltistanda 12, Azad Kəşmirdə 11 nəfərin həyatına son qoyub.

Məlumata görə, daşqınlar Buner, Svat, Mansehra, Bajaur və Battaqram kimi ərazilərdə isə ev, iş yerləri və infrastruktur sahələrinə ciddi ziyan dəyib.

Hökumət Xayber-Paxtunxva əyalətində isə “fəlakət zonası” elan edilib.

Pakistanın baş naziri Şahbaz Şərif fəlakətibn aradan qaldırılması üçün müvafiq qurumlara göstəriş verib.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR