Vidadi Babanlı Qazaxda dəfn olunub - FOTO

img

17-08-2025 [13:09]


Azərbaycan Yazıçılar Birliyinin üzvü Vidadi Babanlı Qazaxda dəfn olunub.

Məlumata görə, V.Babanlı rayonun Birinci Şıxlı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Yazıçı ötən gün 98 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Vidadi Babanlı 1927-ci il yanvarın 5-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsini bitirib. "Azərbaycan müəllimi" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində, "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi, sonra şöbə müdiri işləyib.

Yazıçının “Vicdan susanda”, “Gəlin”, “Ömürlük cəza” adlı məşhur kitabları işıq üzü görüb(Report).

Allah rəhmət eləsin!

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA