“Yalnız dua edirik” - Məmməd İsmayılın qızı

img

14-08-2025 [11:00]


Tanınmış şair Məmməd İsmayıl ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Mia.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya M.İsmayılın qızı İntizar İsmayıl məlumat verib.

Onun sözlərinə görə, şair dünən axşam saatlarına kimi reanimasiya şöbəsində saxlanılıb:

“Hazırda atamın vəziyyəti stabildir, indi palataya köçürülüb. Əvvəlki günlərlə müqayisədə vəziyyəti yaxşıdır. Nitqi bir az bərpa edilib. Nə yaxşı demək olar, nə də pis. Həkimlər bu gün üçün vəziyyətini stabil qiymətləndirirlər. Yalnız dua edirik”.

Qeyd edək ki, 85 yaşlı Məmməd İsmayıl ürək çatışmazlığı və yanaşı xəstəliklərdən əziyyət çəkir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 19.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA