Robin Van Persi: "Mərhələni keçmək şansımızı 50% görürəm"

img

12-08-2025 [12:51]


"Feyenoord"un baş məşqçisi Robin van Persi bu gün UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Fənərbağça"nın qonağı olacaq.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, jurnalistlərə açıqlama verib.

Açıqlamasında deyib:

"Mərhələni keçmək şansınımızı 50% görürəm. Sabah yaxşı ab-hava olacaq. Amma oyunçularımdan soruşsanız, hər kəs öz arzusunu yaşayır. Bu cür atmosferi olan dolu stadionlarda oynamaq mənim şəxsən arzuladığım bir şey idi, müxtəlif mədəniyyətlərin dolu stadionlarına qarşı oynamaq. Mən bunu müsbət hal kimi görürəm. Futbolçularım sabahkı oyuna hazırdırlar və öz arzularını yaşayırlar."

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR