Joze Mourinyo: "İndidən İstanbula - cəhənnəmə xoş gəldiniz!"

img

07-08-2025 [13:21]


UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk matçında Hollandiyanın "Feyenoord" komandasına səfərdə 2:1 hesabı ilə uduzan "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo oyundan sonra jurnalistlərə açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, açıqlamada deyib:

"Əvvəllər bu stadionda heç vaxt qalib gəlməmişəm, amma bu komandaya qarşı cavab oyununda həmişə qalib gəlmişəm. Bu gün “Rəqib bizə çox çətinlik yaratdı” desəydik, bəlkə də cavab oyunu üçün tərəddüd edərdim. Onlar ilk hissədə bizdən bir az üstün idilər, amma ikinci hissədə daha da yaxşı idik. Cavab oyununda 3-0 və ya 4-0 hesabı ilə qalib gəlməyimiz lazım deyil, tək fərqlə qalib gəlsək, matç əlavə vaxta keçir. İndidən İstanbula xoş gəldiniz, Kadıköyə xoş gəldiniz, cəhənnəmə xoş gəldiniz."

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA