"Qalatasaray" qapıçı axtarışına davam edir

img

10-07-2025 [13:56]


Osimhen transferi yekunlaşdıqdan sonra "Qalatasaray"ın diqqəti qapıçı mövqeyinin gücləndirilməsinə yönələcək.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul klubunun əsas istəyi "İnter"in qolkiperi Yann Sommerdir. Onun "Qalatasaray"a keçməyə razı olduğu bildirilir.

Əgər keçid alınarsa, ona 2 illik müqavilə və illik 8 milyon avro maaş ödəniləcək.

Sarı-qırmızılıların hədəfindəki digər qapçı isə Mark Andre Ter Ştegendir.

“Qalatasaray”ın digər hədəfi “Bernli”nin gənc qapıçısı Ceyms Trafforddur.

İngiltərə mətbuatı isə yazır ki, Premyer Liqaya yüksələn "Bernli" 22 yaşlı qapıçını satmaq fikrində deyil.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 19.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA