Həbs olunan bələdiyyə sədri vəzifədən uzaqlaşdırılıb

img

09-07-2025 [17:32]


Dünən həbs olunan Türkiyənin Adana Böyükşəhər Bələdiyyə sədri Zeydan Karalar bu gün  vəzifədən uzaqlaşdırılıb.

Mia.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, Adana Böyükşəhər Bələdiyyə Başçısı Karalar və Büyükçekmece Bələdiyyə sədrinin müavini Əhməd Şahinin "müvəqqəti tədbirlər" çərçivəsində vəzifələrindən kənarlaşdırılıb.

Xatırladaq ki, adıçəkilənlər korrupsiya və rüşvət almaqda ittiham olunurlar.

Lamiyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR